Bu gün:

Niyə qorxu filmlərinə baxmağı xoşlayırıq?


Qorxmaq tamamilə şəxsi vəziyyətdir.  Bəziləri üçün qorxulu səhnə, bəziləri üçün adi görünə bilər.  Bu səhnəni təsəvvür edin: Qorxu filminə baxarkən əvvəlcə hamı bərkiyir və qorxar, sonra isə kollektiv şəkildə gülməyə başlayırlar.  Bu tamamilə təbii və ümumi reaksiyadır.  Psixoanalitik Steve McKeown-a görə, bunun səbəbi qorxunun yaşamaq instinktimizə təsiri ilə bağlıdır.

Nədənsə qorxduğunuz zaman orqanizm dərhal təhlükənin real olub-olmadığını müəyyən edir. Kritik vəziyyət yoxdursa, psixoloji və fizioloji mexanizmlər sakitləşir və çox reaksiya vermirsiniz.

Bu vəziyyətdə vücudunuz dərhal "mübarizə və ya uçuş" rejiminə keçir. Yəni qorxu yaradan təhlükə qarşısında ya döyüşməlisən, ya da qaçmalısan. Vücudunuz təhlükənin real olmadığını anlayırsa, siz hələ də qorxu yaşayırsınız, ancaq stress hormonu kortizolun ifrazı əvəzinə, vücudunuz dopamin hormonunu ifraz edir və bu sizi daha yaxşı hiss etdirir. Ardınca gələn isterik gülüşün səbəbi də budur.

Niyə qorxu filmlərinə baxmağı xoşlayırıq?  Qorxu filmlərinə baxmaq zərərlidir, yoxsa faydalı?

Makeovna görə, qısamüddətli qorxular bədən üçün faydalı ola bilər. İmmunitet sistemini gücləndirərək orqanizmin fəaliyyətini artıra bilər. Qorxudan zövq alan insanların daha döyüşkən olma ehtimalı da var.

Bununla belə, xroniki qorxu və stress bədən üçün zərərlidir. Ürəkdə həddindən artıq adrenalin və kortizol olduqda, ürək döyüntüləri nizamsızlaşır və ürək damarlarının sıxılması baş verir. Bu, bəzi insanlarda infarktla nəticələnə bilər.

Mənbə: Chip

Tərcümə etdi: Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et