Bu gün:

Qar və dolu arasındakı fərq nədir?


Qar və dolu arasındakı fərq

1. Qar kiçik buz dənələrinin birləşməsi nəticəsində əmələ gəlir. Daha böyük buz dənələri (lobya ölçüsündə) birləşdikdə dolu əmələ gəlir.

2. Hava çox soyuq olanda havadakı su donaraq qara çevrilir. Dolu sürətlə yüksələn fırtına buludlarında əmələ gəlir.

3. Normal yağıntı zamanı qar yerə heç bir ziyan vurmur, lakin dolu avtomobillərə, evlərə və əkinlərə ziyan vura bilər.

4. Qar yumşaqdır, dolu çox sərtdir.

5. Metrlərlə qar yağdığı halda, dolu adətən qısa müddətə yağır.

6. Qar uzun müddət ərimədən yerdə qalsa da, dolu yağdıqdan sonra çox tez əridiyi görülür.

Qarın ümumi xüsusiyyətləri

Kristalların bir çox növləri olmasına baxmayaraq, hamısı altıbucaqlıdır. Qar dənəciklərinin kristal strukturları tam olaraq eyni deyil. Mikroskop altında böyüdülən qar dənəcikləri üzərində aparılan araşdırmada eyni kristal quruluşa malik iki qar dənəciyi tapılmadı. Qar kristalları üzərində ilk araşdırma aparan amerikalı Wilson Bentley, gördüyü möhtəşəm sənətə valeh olmuş və əlli il fasiləsiz olaraq qar kristallarının fotoşəkillərini çəkmişdir. Əldə etdiyi 6000 görüntü arasında eyni kristal quruluşa malik iki qar dənəciyi belə tapa bilmədi. Digər elm adamları tərəfindən aparılan sonrakı araşdırmalar nəticəsində qar dənəcikləri arasında eyni ölçüdə, formada və eyni sayda su molekulunu ehtiva edən iki kristal belə tapılmamışdır.

Kristalların müxtəlif formaları məşhur "ikisi bir-birinə bənzəmir" ifadəsinə səbəb oldu. Statistik olaraq mümkün olsa da, kristalın eniş zamanı məruz qaldığı temperatur və rütubət geniş şəkildə dəyişdiyi üçün iki eyni kristalın əmələ gəlməsi olduqca nadirdir. 1885-ci ildən bəri mikroskop fotoqrafiyasından istifadə edərək əkiz qar kristallarını axtarmaq cəhdləri nəticəsində bu gün biz minlərlə qar kristalının müxtəlif variasiyalarını bilirik. Formalaşma mühitləri nə qədər oxşardırsa, eyni şəraitdə əmələ gələn qar kristallarının bir-birinə bənzəmə ehtimalı bir o qədər yüksəkdir. 1988-ci ildə ABŞ-ın Viskonsin ştatında iki eyni qar kristalı aşkar edilmişdir.

Dünyanın hər hansı bir bölgəsinə qar yağması ehtimalı həmin bölgənin ekvatordan uzaqlığı və dəniz səviyyəsindən yüksəkliyi ilə düz mütənasibdir. Qarın kənd təsərrüfatı torpaqlarının qorunmasında və nəm saxlanmasında böyük əhəmiyyəti var. Qar yerüstü və yeraltı su ehtiyatlarının əsas mənbəyidir.

Qar dənəciklərinin kristallaşması

Ümumiyyətlə, onların diametri 2-4 mm, çəkisi isə təxminən 0,005 qramdır. Qar dənəciyi əmələ gəlməyə başlayanda temperatur və rütubətə görə forma alır. Təxminən -2°C-də nadir hallarda qar dənəcikləri simmetrik üçbucaqlar şəklində əmələ gəlir. Əksər qar dənəcikləri çılpaq gözlə qeyri-müntəzəm görünür, lakin şəkillərdə onları formaların cəlbediciliyinə görə demək olar ki, mükəmməl görmək olar.

Mənbə: arasındakifark.net

Tərcümə etdi: Aminə Paşazadə








Paylaş
Şərh əlavə et