Bu gün:

Şiddət nədir?


Şiddət ən sadə formada sərt davranış və kobud güc tətbiqi deməkdir. Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) tərəfindən “fiziki güc və ya gücün başqa bir şəxsə qəsdən təhdid və ya tətbiq olunduğu, məruz qalan şəxsə xəsarət,ölüm və ya psixoloji zərər verə bilən və ya səbəb ola biləcəyi vəziyyət” olaraq təsvir olunur.

Şiddətin həll yolları

Psixiatrik xəstəlikləri və ya pozğunluqları tanımağımıza və ya qəbul etməyimizə mane olan ən mühüm amil “stiqmatizasiya” qorxusudur.İnsanlar ailə, iş və ictimai mühitlərdə fərqli davranılacaqlarından,maddi və mənəvi itkilərə məruz qalacaqlarından narahat olaraq bəzi simptomları görməməzlikdən gəlirlər. Buradan götürülməsi lazım olan ən əhəmiyyətli şey budur: Bütün şiddətin altında yatan bir psixi xəstəlik olmadığı kimi hər psixiatrik xəstəlik də “şiddətli davranış” şəklində əlamətlər göstərmir. Sosial və fərdi olaraq fərqinə varmamız lazım olan ən mühüm məqam odur ki, psixiatrik xəstəlik olub-olmamasından asılı olmayaraq şiddətin heç bir bəhanəsi və əsası yoxdur.

Həyatımızın hər hansı bir sahəsində məruz qaldığımız, başqalarının məruz qaldığını müşahidə etdiyimiz və ya özümüzün törətdiyimiz hər hansı bir zorakılığın səbəbinin psixiatrik bir vəziyyət olduğunu düşünürüksə,mütləq axtarmalıyıq.Qaçmaq, içimizdəki simptomları görməməzlikdən gəlmək və nəticədə müalicəni gecikdirmək yalnız görülən zərərin ölçüsünü artıracaq.

Mənbə:bayindirhastanesi.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et