
Verter effekti 1974-cü ildə sosioloq David Filips tərəfindən intiharın təqlidedici təsirini təsvir etmək üçün istifadə edilən termindir. Adı alman yazıçısı Volfqanq Fon Hötenin “Gənc Verterin kədərləri” romanından götürülüb. Bu kitabın qəhrəmanı sevgi adı altında intihar edir.
Oxşar hallara əsaslanaraq Fillips 1947-1968-ci illər arasında bir araşdırma apardı və orada bəzi açıqlayıcı və narahatedici məlumatlar tapdı.
The New York Times müəyyən edib ki, hər dəfə məşhur şəxsiyyətin intiharı ilə bağlı xəbər dərc olunanda növbəti ay intihar nisbəti 12% artıb.
Bu nümunə günümüzə qədər davam edib. 2017-ci ilin ortalarında Kanada eyni faciəvi effekt verə biləcəyinə qərar verdikdən sonra “13 Reasons Why” serialını qadağan etməyə cəhd etdi. Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) hətta jurnalistlərə intiharla bağlı hadisələrlə bağlı nə məlumat verməli olduqlarına dair təlimatlar verən bir sənəd hazırlayıb.
Mənbə: gaiadergi.com
Tərcümə etdi: Rəhimə Cəmilova
