Bu gün:

İmposter sindromu


Bu sindrom ümumi bir psixolojik xəstəlikdir. İnsanın bir çox sahədə özünü qeyri-kafi gördüyü zaman yarana bilən bu pozğunluq, çox vaxt insanın əldə etdiyi uğura layiq olmadığını və indiki vəzifəsinə təsadüfən çatdığını düşünməsinə səbəb olur. Əhval pozğunluğu olaraq da bilinən psixolojik pozğunluğun müalicəsi mütəxəssislər tərəfindən idarə olunan fərdi müalicələrlə mümkündür.

Bu vəziyyəti yaşayan şəxslərin çox yaxşı təhsil səviyyəsi, uğurlu bir mövqe və ya xoşbəxt bir həyatı olsa belə, onların zehnini daim məşğul edən bir çox mövzu ola bilər. Bu vəziyyətin səbəbi insanın əlində olan hər şeyin əslində təsadüf və şans olduğunu düşünməsi və buna layiq olmadığını düşünməsidir. İnsan özünü qeyri-adekvat və uğursuz görür. Ətrafındakı, insanların hörmətinə layiq olmadığını da düşünə bilər. Belə hallar insanın imposter sindromuna sahib olduğunu müalicəyə ehtiyacı olduğunu göstərir.

İmposter sindromunun müalicəsi

Bu psixolojik problemi yaşayan insanların bir çox digər psixolojik problemli insanlar kimi müalicə olunması mümkündür. İnsan bu problemi həll etməli, psixiatr və ya mütəxəssis psixoloqdan dəstək alaraq müalicə almalıdır. Bu vəziyyətə müşayiət oluna biləcək narahatlıq və depressiya kimi bəzi fərqli psixoloji pozğunluqlar da ola bilər. Müalicə prosesi baxımından insan bu sindromu tanımalı, məlumatlı olmalı, bu vəziyyətə səbəb olan faktorlar ortaya qoyulmalıdır. Bundan əlavə, bu vəziyyətin insanın həyatının hansı nöqtələrində baş verdiyini müəyyən etmək müalicə üçün vacibdir.

Mənbə: npistanbul.com

Tərcümə etdi: Rəhimə Cəmilova 


Paylaş
Şərh əlavə et