İnsanlara xas bəzi xüsusiyyətləri təsvir etmək üçün istifadə olunan sözlər var. Hər bir sözlər psixologoya öz mənası ilə termin kimi işlədilir.

İntrovert
İntrovertlər utancaq və azdanışan olurlar. Sosial fəaliyyətlərdən mümkün qədər yayınmağa çalışır və təkbaşına vaxt keçirməyə üstünlük verirlər. İntrovert insanlar xaricə baxmaqdansa, öz düşüncələri və hisslərinə köklənməyə daha meyllidirlər.
Ekstrovert
Ekstrovertsinizə, demək ki sosial mənada daha əyləncəli və özündənrazısınız. Şənliyin gözü; işdəki təqdimatı öz boynuna götürən; şam yeməyində ən çox danışan və karaoke gecəsində mikrofonu əlinə ilk alan adətən siz olursunuz.
Narssist
Əgər güzgünü əlinizdən yerə qoya bilmirsiniz və xarici görünüşünüzə aşiqsinizsə, o zaman sizi narssist adlandırmaq olar. Sözün kökü yunan mifologiyasına dayanır: sudakı əksinə vurulan Narcissus adlı gəncin adı ilə bağlıdır.
Altruist
Özünüzü ikinci plana salıb başqalarına kömək etməkdən həzz alırsınız? Demək ki altruistsiniz. Altruist eqoistin tam əksidir. Başqalarının rahatlığı üçün özündən keçmək kimi bir məna daşıyır.
Mizantropik
Başqa insanlardan xoşunuz gəlmirsə misantropiksiniz. Bu münasibəti sərgiləməkdən də çəkinmirsiniz. Charles Dickens-in yaratdığı Scrooge obrazı əsl misantropikdir.
Sadistik
Sadist insan başqalarının narahatlığı, əziyyətləri və alçaldılmasından həzz alır. Qəddar qatilləri sadist adlandırmaq olar.
Mazoxistik
Mazoxistlər öz ağrı və əziyyətlərindən ləzzət alırlar. Ultra marafonlarda qaçan dostunu mazoxist kimi təqdim edə bilərsən!
Mizoginistik
"Me too" hərəkatı bu sözü unutdurub. Əgər mizoginistsinizsə, sadəcə olaraq qadınları bəyənmir, onlara nifrət edir və qərəzli münasibət bəsləyirsiniz.
Fleqmatik
Fleqmatik şəxslər həssas olmurlar və asanlıqla həyəcanlanmırlar. Təhlükəli və qorxulu vəziyyətlərdə onlar sakit qalmağı bacarırlar. Bu söz qədim yunan həkimi Hippokratın Dörd Əhval nəzəriyyəsindən yaranıb. O, insanın əhvalının bədəndəki dörd fərqli mayenin balansından asılı olduğuna və həmin mayelərin hər birinin müxtəlif temperamentlə bağlılığına inanırdı. Fleqma (bəlğəm) nə qədər çox olarsa, insan bir o qədər sakit və təmkinli olar!
Melanxolik
Bu da Hippokratın dörd temperamentindən biridir və "qara səfra" tərəfindən idarə olunur. Müasir elm bunu qəbul etməsə də, sifətin mənası eyni qalmaqdadır. Melanxolik insan həm özünü kədərli hiss edir, həm də bu cür davranır.
Nevrotik
Bu kəlməni isə adi şeylər üçün belə qorxu və narahatlıq keçirən insanlar üçün istifadə edirlər.
Çılğın
Əgər asanlıqla əsəbiləşən və adicə bir səsdən sinirlənən təbiətə maliksinizsə, özünüzü çılğın adlandıra bilərsiniz. Bu sizin kəmhövsələ, həssas və kövrək biri olduğunuz mənasına gəlir.
Mənbə: bbc.com
Tərcümə etdi: Meşədiyeva Türkanə
