Bu gün:

Narsissizm nədir?


Sosial mediada yazılanlar və rəqəmsal aləmdəki ümumi tendensiya narsisizmin getdikcə artması qənaətini yaradır. Əslində, çox da yanlış qənaət deyil. Ruhi sağlamlıq üzrə mütəxəssislər hesab edirlər ki, gündəlik həyatda narsisizm çox yayğın və aydın xarakter alıb.

Son illərdə narsizmə həsr edilən bloq yazıları və kitabların da sayı xeyli artıb. Müasir tendensiyanın nəticəsi olaraq "selfi nəsli" adlandırılan gənc nəsil sosial mediada "narsisist ovuna" başlayıb. Nə üçün ətrafımızda əvvəlkindən qat-qat çox narsist var?

Narsisizm nədir?

Əvvəlcə, narsisizmin nə olduğunu aydınlaşdırmaq lazımdır. Narsisizm, yəni özünəvurğunluq bir çox şəxsi xüsusiyyətlərin bir araya gəlməsi nəticəsində meydana çıxır və bu xüsusiyyətlər əslində çox adamda var. Onların yüksək ölçüdə olması tibdə narsistik şəxsiyyət pozuqluğu adlanır.

Şəxsin narsisist olduğunu nədən bilmək olar?

Narsistik şəxsiyyət pozuqluğu üzrə mütəxəssis, britaniyalı terapevt Tennyson Lee deyir ki, psixiatorların istifadə etdiyi peşə kitabçasında bu xəstəliyin doqquz əlaməti göstərilib:

 • təkəbbür - uğurlarını və qabiliyyətlərini şişirdir;

 • böyük uğur, güc, ağıl, gözəllik və ya böyük sevgi xülyaları uydurur;

 • xüsusi və əvəzolunmaz biri olduğuna inanır;

 • çox bəyənilmək istəyir;

 • xüsusi münasibətə layiq olduğunu düşünür;

 • öz maraqları üçün başqalarından istifadə edir;

 • empatiyadan uzaqdır;

 • başqalarının uğurlarını qısqanır;

 • başqalarına qarşı sayğısız davranır, özündən razı davranışlar sərgiləyir.

Necə müalicə edilir?

Narsisistik şəxsiyyət pozuqluğundan əziyyət çəkənlərin bir çoxu bunu depressiya zənn edirlər. Antidepressiantların narsisizmin müalicəsində faydalı deyil. Müalicənin ən çətin qismi pasienti xəstə olduğuna inandırmaqdır. O, həmçinin qeyd edir ki, yaş artdıqca narsisizm əlamətləri azalır. Bu xəstəliyin diaqnozunu qoymaq asan, dərəcəsini müəyyənləşdirməksə olduqca çətindir. Mütəxəssislər sosial medianın narsisistik davranışları təşviq etdiyini bildirirlər.

Mənbə: bbc.com

Tərcümə etdi: Meşədiyeva Türkanə

Paylaş
Şərh əlavə et