
Tourette sindromu uşaqlıq dövründə başlayan və qeyri-ixtiyari olaraq baş verən və daim təkrarlanan ani hərəkətlərdən və ya səslərdən ibarət tiklər şəklində ifadə olunan nevroloji xəstəlikdir. Tourette sindromu ilk dəfə 1985-ci ildə fransız həkimi Gerard Gilles de La Tourette tərəfindən müşahidə edilmişdir. Buna sidik tutmama, ani qışqırma və tik xəstəliyi kimi misalları göstərə bilərik. Tourette sindromlu insanların intellekt səviyyəsi normaldır. Tourette sindromu xəstələrin ömrünə təsir etmir. Tourette sindromu uzun illər davam edən xroniki bir xəstəlikdir. Xəstəlik boyu simptomlar zaman keçdikcə azalır və ya arta bilir. Tiklər asqırmaq kimi idarə oluna bilməyən hadisələrdir. Göz qırpma və çiyin çəkmə kimi qeyri-iradi tiklərlə yanaşı, fərqli səslər çıxarmaq, pis sözlər işlətmək, söyüş söymək kimi əlamətlər də müşahidə oluna bilər. Tourette sindromu insan üçün çox narahatdır. Onun qeyri-ixtiyari hərəkətləri nəticəsində özünə inamı azalır, sosial həyatına mənfi təsir göstərir. Tourette sindromu olan xəstələrin simptomları yatırtmaq üçün özlərini məcbur etmələri olduqca sıx müşahidə olunur. İnsan ətrafdakılar tərəfindən yanlış anlaşılmamaq üçün tiklərini bir müddət dayandıra bilər, lakin bu xəstələrdə tiklərin anidən kəskinləşməsinə səbəb ola bilir.
Mənbə: Medical Park
Tərcümə etdi: Tahirə Bağırzadə
