Bu gün:

Yalnzlıq hissinin səbəbi nədir?


Yalnızlıq yer üzündəki bütün canlıların hiss edə biləcəyi, onlara aid olan bir hissdir. Ancaq tənhalıq hissi həm obyektiv, həm də subyektiv olduğu üçün bunu dəqiq müəyyən etmək çox çətindir.

Sözün mənasına baxdığımızda “heç kəsin yanında olmama halı” olaraq təyin olunsa da insanlar sıx mühitlərdə də tənha hiss edə bilirlər. Bu, tənhalığın subyektiv, yəni emosional və şəxsi tərəfidir. Yalnızlığın bu iki mövzusu əslində bir-biri ilə çox bağlıdır. Hər ikisi bir-birinin səbəbi və ya nəticəsi ola bilər.Ona görə də, fərd seçim məsələsi olmadan hər hansı bir səbəbdən tənhalıq hissi yaşayarsa, həyatında və psixoloji durumunda problemlər yarana bilər.

Yalnzlıq hissinin səbəbi nədir?

Bir çox araşdırmaçılar bütün psixoloji problemləri genetik faktorla əlaqələndirirlər, yalnızlığı da eyni qəbildən hesab edənlər də az deyil. İstənilən halda özünü yalnız hiss edən insanların şüuratında yığılıb qalan bir sürü problemlər var və bu yalnızlıq “seçim”inin qaynağı hesab edilə bilər. Həyatda önəmli birini itirmək, ölüm hadisəsi şəxsi yalnızlq duyğusuna sürükləyən səbəblərdən biridir. Yalnızlıq eyni zamanda psixoloji problem olub, depressiya əlamətlərindən biridir. Yalnızlıq, eyni zamanda daxili faktor hesab edilir ki, bu da şəxsin öz güvən azlığı ilə bağlıdır. Özünə inamı az olan insanlar, digərlərinin gözündə dəyərsiz olduqlarını düşünürlər. Bu da bərabərində xroniki yalnızlığa gətirib çıxarır.

Ancaq bu da həqiqətdir ki, tənhalıq həddən artıq ağırlaşa bilər. Başqalarının varlığının olmaması bizi əlaqəsiz hiss etməyimizə və şəxsi dəyərimizi şübhə altına almağa səbəb ola bilər. Biz öz düşüncələrimiz və qorxularımızla başqalarının diqqətini yayındırmadan və dəstəyi olmadan daha sıx şəkildə qarşılaşırıq. Belə vaxtlarda tənhalıq özümüzü zəif və çarəsiz hiss edə bilər, yoldaşlıq və əlaqə üçün həsrət yaradır.

Mənbə: Psikologizmir

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et