
Dissosiativ şəxsiyyət pozğunluğu olaraq da bilinən çoxlu şəxsiyyət pozuqluğu bir çox səbəbə görə baş verə bilən çox mürəkkəb psixoloji vəziyyətdir. Bu xəstəliyin səbəbləri arasında ən çox erkən uşaqlıq dövründə yaşanan ağır travma (adətən təkrarlanan fiziki, cinsi və ya emosional istismar) daxildir. Çoxlu şəxsiyyət pozğunluğu, şüurun öhdəsindən gələ bilməyəcəyi qədər şiddətli, travmatik və ya ağrılı bir təcrübə qarşısında bir insanın özünə qapanması nəticəsində baş verə bilər. Çoxlu şəxsiyyət pozğunluğu bəzən bölünmüş şəxsiyyət pozğunluğu da adlanır. Çoxsaylı şəxsiyyət pozğunluğunda xəstə iki və ya daha çox fərqli şəxsiyyətə malikdir, bunlara "alter" deyilir. Bu şəxsiyyətlər müxtəlif vaxtlarda insanın davranışını idarə edir. Hər bir dəyişikliyin öz şəxsi tarixi, xüsusiyyətləri, bəyəndikləri və bəyənmədikləri var.
Mənbə: Medicalpark
Tərcümə etdi: Tahirə Bağırzadə
