Sosial anksiyete özünü sosial həyatda ifadə edə bilməmək halıdır.

Sosial narahatlığın simptomları:
Sosial narahatlıq utancaqlıqdan daha çox şeydir. Bu, keçib getməyən və gündəlik fəaliyyətlərə, özünə güvənməyə, münasibətlərə, iş və ya məktəb həyatına təsir edən bir qorxudur.
Əgər sizdə bu hallar varsa, təşviş pozuntunuz ola bilər:
1.Yad insanlarla görüşmək, söhbətə başlamaq, telefonla danışmaq, işləmək və ya alış-veriş etmək kimi gündəlik fəaliyyətlərdən narahat olmaq
2. Qızarmaq, tərləmək və ya bacarıqsız görünmək kimi utanc verici olduğunu düşündüyünüz bir şeyi etməkdən narahat olmaq
3. Başqaları baxarkən bir şey etməkdə çətinlik çəkirsiniz - hər zaman sizi izləyən və mühakimə edən biri olduğunu düşünürsüz.
4.Tənqid olunmaqdan qorxur, göz təmasından qaçır, tez-tez xəstələnir, tərləmə, titrəmə və ya şiddətli ürək döyüntüsü halları ilə qarşılaşırsınız
Unutmayın ki, sosial anksiyete problemi olan insanlar depressiyaya olduqca meyillidir. Oxşar simptomlara sahibsinizsə, terapevtə müraciət etməyiniz vacibdir.
Mənbə: Nhs
Tərcümə etdi: Bənövşə Bağırova
