Bu gün:

Yaz yorğunluğunu üzərinizdən ata bilməyiniz üçün qida



Yorğunluq, narahatlıq və yuxululuqdan xilas ola bilərik. İmmunitet sistemində mühüm rol oynayan A, C və E vitaminləri kimi vitaminlərlə zəngin qidalar qəbul edərək, bol su içərək və nizamlı idman etməklə yaz yorğunluğunun qarşısını ala bilərik. 


Bəs yazda mütəmadi olaraq hansı qidaları qəbul etməliyik?

Kivi

İspanaq

Alma

Çiyələk

Qoz


Yazda fit olmaq üçün 5 məsləhət!


Qidalanma və Pəhriz Mütəxəssisi Dəniz Uzunoğlu yazda fit olma qaydalarını belə sıralayır:


• Günə səhər yeməyi ilə başlamağınızdan əmin olun. Yeməkləri atlamayın.


• Yüksək glisemik indeksli qidalar qana sürətlə qarışır; Qan şəkərini tez yüksəldir və aşağı salır. Qan şəkərindəki bu dalğalanmalar yorğunluq və yuxululuğa səbəb olur. Aşağı glisemik indeksi olan qidaları qəbul etmək qan şəkərinə nəzarəti saxlamaq üçün ən yaxşı seçim olacaqdır.


• Həftədə ən az 3 gün, hər biri 45-50 dəqiqə olmaqla, cəmi 150 dəqiqə sürətlə gəzintiyə çıxmağa diqqət edin. Gəzinti həm çəki nəzarətini təmin edir, həm də özünüzü daha enerjili hiss etməyə kömək edir.


• Adekvat yuxu; Fiziki və zehni stressin idarə edilməsində təsirlidir. Bundan əlavə, immunitet sistemini dəstəkləyən sitokinlərin sərbəst buraxılması yuxu zamanı baş verir. Yuxudan 1-2 saat əvvəl qida istehlakını azaltmaq yuxu keyfiyyətini yaxşılaşdıracaq.


• Bədəndən toksinlərin atılması, bakteriya və virusların zərərsizləşdirilməsi, bədəni formada saxlamaq üçün su istehlakı çox vacibdir. Hər kilo üçün 30 ml hesablayaraq hər gün adekvat su istehlakını təmin etməlisiniz. Nəzərə alın ki, qəhvə və çay suyu əvəz etməyəcək, həm də bədəndən itirilən suyun miqdarını artıracaq.


Mənbə: Habertürk

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et