
EMDR "Göz Hərəkətinin Duyarsızlaşdırılması və Yenidən İşlənməsi" sözlərinin ilk hərfləri ilə adlandırılan bir terapiya üsuludur.
EMDR terapiyası yaşadığımız və aradan qaldıra bilmədiyimiz narahatedici hadisələri, xatirələri və narahatçılıqları anlamağa çalışaraq, aradan qalxıb dincəlməyimizə imkan verən bir üsuldur.
EMDR psixoterapiyanın bir növüdür. Bu terapiya zamanı biz yaddaşımızdan alınan məlumatları zehnimizdə təkrar emal edirik. Pasiyentin diskomfortunun səbəbinin neqativ və yadda pis saxlanılan xatirələri bildirən və müalicədə adaptiv məlumat emal modelinin rəhbərliyi altında bu pis xatirələri dəyişdirən psixoterapiyadır. Yanlış inanclar və uyğunlaşmayan davranışlar keçmiş təcrübələrimizin yaddaşda saxlandığı bu xatirələrdən yaranır. Bu hədəf xatirələrə çatırıq və onları terapiya ilə işləyərək dəyişdiririk. Sonra daha ahəngdar bir həlli gücləndirmək üçün onu digər həyat təcrübələrindən xatirələrlə birləşdiririk.
EMDR terapiyası necə işləyir?
Terapevt-pasiyent əlaqəsi qurulduqdan sonra hədəf yaddaşlara çatılır və müştəriyə iki istiqamətli stimullar verilir. Bu stimullar göz hərəkətləri, binaural audio stimullaşdırma və ya ikitərəfli toxunma stimulları şəklində ola bilər. Bu iki tərəfli stimullar bu terapiyanın əsas üsuludur və nəticəyə təsir göstərir. Bu stimullar beynin iki yarımkürəsi arasında keçidi təmin edir. Bu səbəbdən mənfi təcrübələrin yaddaş sahələrinə çox daha tez çatmaq olar. Beləcə yaddaşımızı qorxulu və narahat olaraq saxlamaq yerinə; Təhlükəsiz və güclü olduğumuz, özümüzü qoruya biləcəyimiz, özümüzə güvənə biləcəyimiz kimi yeni məlumatlar yaradılır.
EMDR terapiyası hansı hallarda tətbiq oluna bilər?
EMDR, ilk növbədə, sıx qorxu və narahatlıq üçün istifadə edilsə də, bu gün bir çox psixiatrik pozğunluqlarda istifadə oluna bilən bir terapiyadır. EMDR-nin istifadə olunduğu pozğunluqları aşağıdakı kimi sıralamaq olar:
EMDR terapiyası ilə qəza, zəlzələ, müharibə, təcavüz və şiddət kimi travmatik hadisələrin pis təsirlərindən xilas ola bilərik.
EMDR terapiyasının təsirli olduğu digər sahə mənfi həyat təcrübələridir.
Bundan əlavə, yaşadığımız travma və mənfi həyat hadisələri də narahatlıq pozğunluqları, depressiya, qəzəb və tantrumlara səbəb olduğundan, bunlar da EMDR terapiyası ilə müalicə edilə bilər.
EMDR terapiyası da ailə münaqişələri, boşanma, məktəbdəki çətin hadisələr kimi böhran təcrübələrində, anksiyete pozğunluqları və fobiyalarda da təsirlidir.
EMDR terapiyası necə tətbiq olunur?
EMDR hipnoz üsulu deyil və müştəri terapiya boyu ayıq və şüurlu olur. Əvvəlki təcrübələrlə bağlı xatirələr müştərilərlə müəyyən edilir. Daha sonra hədəf xatirələrə çatdıqda müştəriyə iki tərəfli stimullar verilir. Bu stimullar göz hərəkətləri, binaural audio stimullaşdırma və ya ikitərəfli toxunma stimulları şəklində ola bilər. Bu iki tərəfli stimullar bu terapiyanın əsas üsuludur və nəticəyə təsir göstərir. Bu stimullar beynin iki yarımkürəsi arasında keçidi təmin edir. Bu səbəbdən mənfi təcrübələrin yaddaş sahələrinə çox daha tez çatmaq olar. Beləcə yaddaşımızı qorxulu və narahat olaraq saxlamaq yerinə, təhlükəsiz və güclü olduğumuz, özümüzü qoruya biləcəyimiz, özümüzə güvənə biləcəyimiz kimi yeni məlumatlar yaradılır. EMDR terapiyasının ən yaxşı nəticə verməsi üçün terapevtin adekvat təlimə malik olması və yaxşı klinisist olması çox vacibdir.
EMDR müalicəsini tamamlamaq üçün neçə seans lazımdır?
Əvvəla, EMDR terapiyasını həyata keçirən şəxsin çox yaxşı terapevt-pasiyent münasibəti olmalıdır. EMDR terapiyasının nə qədər davam edəcəyi xəstənin psixi durumu, onu müşayiət edən hər hansı digər psixiatrik xəstəliyin olması, yaşanan travmanın mürəkkəbliyi və xəstənin psixososial dəstək sistemləri ilə müəyyən edilir. Bu terapiyada problemlər bəzən bir seansda həll oluna bilsə də, emosiyaların və düşüncələrin tövsiyə olunan müalicəsi 3 seansdır. Bəzən mürəkkəb travmalarda 8-10 seans davam edə bilər.
Mənbə: medicalpark
Tərcümə etdi: Gülay Qəribova
