
24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Aydın Əliyevdir. O, allergiya haqqında danışıb.
-Payız aylarında bəzi insanlarda allergiya yaranır. Bəs sizcə, bunun səbəbi nədir və allergiyadan qorunmaq üçün nə etmək lazımdır?
-Allergiya bir insanın yad cismə və ya qəbul etdiyi qidalara qarşı reaksiya verməsidir. Sadə halda səpkilər, ağır halda isə boğulmalar, ürək, qan-damar sisteminin funksiyasının ləngiməsi və s. hallar yaşana bilər. Allergiya, həmçinin bədənin immun sisteminin vəziyyətinə görə olur, yəni immun sistemi güclü olan insanlarda allergiya halları çox nadir halda olur. Ümumilikdə, payız və ya yaz aylarında bitkilərin, çiçəklərin, tozlarına qarşı allergik reaksiya olur. Bu hallardan qorunmağın yeganə çıxış yolu odur ki, hər bir insan özündə nə səbəbdən allergiyanın yarandığını və ona qarşı hansı müalicənin aparılmağını bilməlidir.
Aminə Paşazadə
