Cahil cəsarəti nədir?
Dunning Kruger sindromu olan birini necə tanıya bilərik?
•Hər şeyi ən yaxşı bildiklərini iddia edirlər.
Çox oxuyan, yaxşı məktəbləri bitirən və daim özünü təkmilləşdirən insanları aşağılamağa meyllidirlər. Bütün işləri özləri görmək istəyirlər, normal şəraitdə bir sahədə ixtisaslaşmaq lazımdır, lakin bu insanlar hər şeyin mütəxəssisidir.
Onlar hər vəziyyətə hazırdırlar, bu insanlar hər vəziyyətdə təcrübəyə malikdirlər. Daha doğrusu, belə olduğunu iddia edirlər. Dunning Kruger sindromu olan birini necə tanıya bilərik?
Rəhbərlərinə sonsuz hörmət və tabeliyində olanlara qarşı fasiləsiz qəddarlıq edirlər.
Bu gün dediklərini sabah inkar edəcəklər.
Uğursuzluqlarını gizlədirlər və ya uğursuz olduqlarını qəbul etmirlər.
Onların həqiqəti qətidir, hətta bununla bağlı mübahisə də ola bilməz. Sizi bu həqiqətlərə inandırmaq üçün hər şeyi edəcəklər.
•Hər kəsin şahidi olduğu bir şeyi belə inkar edə bilərlər.
Dunning Kruger Sindromu xalq arasında "cahil cəsarət" kimi tanınır.
Bu, Kornel Universitetindən Justin Kruger və David Dunning tərəfindən təsvir edilən "qavrayış qərəzi" tendensiyasıdır. Bu iki uğurlu akademik 2000-ci ildə elm aləminə təqdim etdikləri Dunning Kruger Sindromuna görə Nobel mükafatı aldılar.
Xülasə, irəli sürdükləri nəzəriyyə; “Cəhalət, həqiqi bilikdən fərqli olaraq, fərdin özünə inamını artırır”,- deyirlər.
Mənbə: Npistanbul
Tərcümə etdi: Nailə Hadizadə
