
Həmyaşıd zorakılığı, adətən, bir və ya bir neçə uşaq tərəfindən digərinə qarşı edilən qəsdən, təkrarlanan incidici hərəkətlər, sözlər və ya ad çağırma, hədələmə, kənarlaşdırma və s. kimi digər davranışlar kimi müəyyən edilir. Həmyaşıdların zorakılığı fiziki, şifahi, emosional və ya cinsi ola bilər.
Bu hallarda nə etmək lazımdır?
Zorakılıq edənlər və ya onların valideynləri ilə danışmaq çox vaxt vacib olsa da, yanaşmanızda diqqətli olun. Zorba ilə birbaşa danışmaq zorbaya uşağınızın zəif bir insan olduğunu göstərə bilər.
Əgər uşağınız həmyaşıdlarının zorakılığına məruz qalıbsa, məktəbə zəng etmək məqsədəuyğun olardı. Problemi həll etmək üçün məktəb işçiləri ilə əməkdaşlıq etməlisiniz.
Uşağınızı dəstəkləyin, ancaq sizdən asılılığı təşviq etməyin. Uşağınızı çətinliklərdən xilas etmək və ya işlər yaxşı getməyəndə məsuliyyət götürmək övladınıza müstəqillik öyrətmir.
Səbirli olun. Uşaqlar arasında münaqişə çox güman ki, bir gecədə həll edilməyəcək. Uşağınızla vaxt keçirməyə hazır olun, uşağınızın yeni maraqlarını inkişaf etdirməyə və ya mövcud istedad və bacarıqlarını gücləndirməyə təşviq edin, bu, onun özünə hörmətini inkişaf etdirməyə və yaxşılaşdırmağa kömək edəcəkdir.
Uşağınızı aqressiv olmağa və ya mübarizə aparmağa təşviq etməyin. Yəqin ki, bunu etmək onun təbiətində deyil. Bunun əvəzinə uşağınıza özünə inamlı olmağı öyrədin.
Bu vəziyyətdə məktəb rəhbərlik xidmətlərinin əhəmiyyəti nədir?
Bələdçi xidmətləri bu cür halların monitorinqi və aşkarlanmasına cavabdehdir. Hər hansı bir bölməyə zorakılıq bildirildikdə hadisəni araşdırmaq tələb olunur. Məktəb daxilində ifşa olunan uşağa dəstək olsalar yaxşı olar. Zorbalığa məruz qalan uşaqlar məktəbdə özlərini təhlükəsiz hiss edəcəkləri yerə ehtiyac duya bilər və bələdçilik xidməti bu sahə üçün uyğun seçimdir.
Zorba ilə qurban arasında ünsiyyət olmalıdırmı?
Ünsiyyət böyüklərin nəzarəti altında qurula bilər. İlk növbədə, onların hər ikisi ilə fərdi görüşlər keçirib, bir yerdə keçiriləcək görüşə hazırlaşmaq faydalı olardı. Birinci məqsəd zorbanın üzr istəməsi deyil, zorakılığa məruz qalan uşağın davranışının səhv və incidici olduğunu ifadə edə bilməsi mənalı olacaq.
Mənbə: Moodisthastanesi
Tərcümə etdi: Nəzri Süleymanova
