Pistantrofobiya, bir insanın keçmişdəki pis təcrübələrə görə başqalarına güvənmək qorxusu və narahatlığıdır. Başqaları ilə münasibətlərində; Məyus olmaq, incimək və qırılmaq qorxusu insanların qarşılarına divar çəkməsinə səbəb olur. Fərdlərdə bu fobiyanın olması onların ikitərəfli əlaqələrdən çəkinməsinə və qorxmasına səbəb olur.

Güvənmək qorxusunun səbəbi nədir?
Fərdlərdə güvən fobiyasının formalaşması keçmişlə bağlı travmatik hadisələrdən sonra baş verir. Uşaqlıq və ya yeniyetməlik dövründə yaşanan pis təcrübələr insanı həyatı boyu onu izləyən qaranlıq bir kölgə kimi hiss etdirə bilər. Ailə münasibətlərindəki travmalar və ya ikitərəfli münasibətlərdə pis nəticələr güvən fobiyasının əsas səbəbləri ola bilər. Ümumiyyətlə, keçmişdə yaşanan pis münasibət insanların gələcək münasibətlərinə inamını itirməsinə səbəb olur.
Mənbə: Avicennaint
Tərcümə etdi: Rəhimə Cəmilova
