Bu gün:

Gündə 10.000 addım atma mifi təkzib edildi


Amerikalı tədqiqatçılar gündə 6000-8000 addım atmağın 60 yaşdan yuxarı insanlar üçün ölüm riskini 54 faiz azaltdığını, 8000-dən çox addım atmağın isə heç bir əlavə faydası olmadığını irəli sürdülər. 



Sağlamlıq üçün gündə 10.000 addım atmaq mifini çürüdən yeni araşdırmaya görə, xüsusilə, 60 yaşdan yuxarı olanlar üçün 6-8 min addım kifayətdir. 

Massaçusets Amherst Universitetindən bir qrup dörd qitədən təxminən 50.000 insanı araşdıran 15 tədqiqatın nəticələrini nəzərdən keçirdi. 

Tədqiqat 60 yaşdan kiçik insanların vaxtından əvvəl ölüm riskini azaltmaq üçün hər gün ən azı 8000 addım atmağı hədəfləməlidir. Ancaq araşdırma gündə atılan addımların ümumi sayından artıq gəzinti sürəti ilə qəti əlaqə tapmadı.


Mənbə: Sözcü qazetesi

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et