Bu gün:

Gitara necə yaranıb?


Elektrik, bas və ya klassik... Gitara müxtəlif çeşidləri ilə qəlbimizdə yer tutan alətlərdən biridir..

Gitaranın adı dəqiq məlum deyil, amma ilk növbədə: Babil sivilizasiyasında meydana gəldiyi güman edilir. Bunun səbəbi Babil dövründən qalma gil lövhələrin üzərində gitara çox oxşar simli alətdə ifa edən insan fiqurunun olmasıdır.

Gitara indiki formasını alana qədər uzun və dolambaçlı bir yol keçdi və müasir formada kimin təsirli olduğu hələ də müzakirə mövzusudur. Müxtəlif mənbələrdə müxtəlif adlar çəkilir və tarixlərin yaxınlığı çaşqınlıq yaradır. Ancaq ən çox xatırlanan ad Visente Espineldir. Espinel çoxları tərəfindən gitara və gitara tuning texnikasının atası hesab olunur.
Gitara sözünün mənşəyi fars dilindən gəlir. Fars dilində olan “Sihtar” sözü əvvəlcə yunan dilinə “Kitara”, sonra Latın dilinə “Chitara”, daha sonra ispan dilinə “Guitarra” kimi tərcümə edilib.

Gitaranın forması necə formalaşıb?

17-ci əsrə qədər, xüsusilə, Avropada gitaranın bir çox müxtəlif formaları icad edildi, lakin onlar populyarlığını itirdilər və zamanla yox oldular. Onların arasında ən çox seçilən "Barok Gitara" idi.

Gitara çalmaq üçün nə lazımdır?

Gitarada ifa etmək üçün sizə üç maddədən ibarət "Tələblər" siyahısını verə bilərik:

•Sizin gitaranız olmalıdır,
•Qətiyyətli olmalısan,
•Musiqi haqqında ciddi biliyə sahib olmalısınız.

Həqiqət budur ki, musiqi bilmədən təsadüfi simləri vuraraq gitara çalmaq mümkündür. Ancaq bütün məsələlərdə olduğu kimi, musiqidə də uğur qazanmaq üçün addım-addım getməli, hər şeyi şansa buraxmamaq lazımdır. Xoşbəxtlikdən texnologiya inkişaf edib və gitara dərsləri və ya musiqi bilikləri üçün harasa qaçmağa ehtiyac yoxdur.

Mənbə : Musiconline
Tərcümə etdi : Sudana Əsədova

Paylaş
Şərh əlavə et