Bu gün:

Çillər necə yaranır?


Yay aylarında, xüsusilə, günəş işığına məruz qalanda çillərin görünüşündə ciddi artım müşahidə olunur. Bəs niyə çillər görünür?

Bunun mənşəli skandinaviyalılara əsaslanır.
"Çillər" sözünün mənşəyi qədim Skandinaviyalılardadır. Hətta 14-cü əsrdə yaşamış ingilis yazıçısı Geoffrey Chaucer-in Canterbury Tales əsərində də çillər çox oxşar sözlə xatırlanır. Qədim Yunanıstanda "üzdəki ləkələr" mənasını verən "efilis" sözü çillər üçün də istifadə olunurdu.

Yeni doğulan uşaqlarda çil olmaz.
Heç bir yeni doğulmuş körpədə çilləri görə bilməzsiniz. Körpələrin 2-3 yaşına qədər kifayət qədər UV şüalarına məruz qalmaması çillərin əmələ gəlməsini gecikdirir.

Çilin yaranmasını genlər müəyyən edir. Amerikalı dermatoloq Rachel Maiman bildirir ki, əgər siz dünyada təbii qırmızı saçlı insanların 2%-dən birisinizsə, çox güman ki, sizdə çillər olacaq və buna MC1R adlı genin olması səbəb olacaq. Ancaq çillərə sahib olmaq üçün qırmızı saçlı və ya müəyyən bir dəri rənginə sahib olmaq lazım deyil. MC1R adlanan gen ən çox ağdərili və asiyalı insanlarda rast gəlinir, yəni istənilən etnik qrupda çillər ola bilər.

Mənbə: NTV
Tərcümə etdi : Sudana Əsədova

Paylaş
Şərh əlavə et