
Ağlamağın faydaları
Ağlamaq rahatlamağa və stresdən uzaqlaşmağa imkan verir. Ağlayan insanların psixi sağlamlığının daha sürətli yaxşılaşdığını göstərir. Xüsusilə xoşbəxtlikdən sonra ağlamanın psixi sağlamlığa maksimum müsbət təsir etdiyi müşahidə edilib.
Ağlamaq endorfin ifrazını artırdığı üçün özünüzü xoşbəxt hiss etməyə və ağrılarınızın azaldığını hiss etməyə başlayacaqsınız.
Gözləriniz üçün ağlamağın faydası odur ki, gözlərinizə daxil olan qıcıqlandırıcıları aradan qaldırmağa kömək edir. Gözünüzə bir şey girərsə, ağlamağa cəhd edə bilərsiniz. Bu zəiflik anlarında sizinlə ətrafınızdakı, insanlar arasında daha güclü emosional bağ yaranır.
Gülmək kimi ağlamağın da sağlamlığımız üçün bir çox faydaları var. Ağladığınız zaman güldüyünüz kimi endorfinlər ifraz olunur və rahatlıq hissi ilə sakitləşir və yuxuya getmək asanlaşır.
Mənbə: Npistanbul
Tərcümə etdi: Nailə Hadizadə
