Bu gün:

Qəzəb idarə edildikdə faydalı ola bilər


Qəzəbi idarə etmək üçün istifadə edə biləcəyiniz üsullar

Direktiv cümlələrdən istifadə. Məsələn, qəzəbin səni almasına icazə vermə, dərindən nəfəs al. Duyğuları daha aydın tanımaq və xəbərdar olmaq. Beləliklə, gözləntilərimiz və yerinə yetirilməmiş istəklərimiz haqqında nə hiss etdiyimizi daha yaxşı bildiyimiz üçün daha sağlam bir ünsiyyət qura bilərik.

Qəzəbin ABC-lərini bilmək. Qəzəbə səbəb olan davranışlara və nəticələrə qarşı dur, düşün və hərəkət et modelinin tətbiqi nəzarəti asanlaşdıracaq. Bizi təhrik edən və ya qəzəbləndirən hadisələrdən özümüzü uzaq tutmağa çalışmaq kimi üsullar inkişaf etdirilə bilər.

Bütün bunlara baxmayaraq, insan bəzi dəyişikliklərə məruz qala bilmirsə və fiziki zorakılıq, qışqırma, məhvetmə kimi hərəkətlərlə zamanla qəzəbi üzə çıxırsa, psixoloq və ya psixiatr dəstəyi lazımdır.

Mənbə: Npistanbul

Tərcümə etdi: Nailə Hadizadə


Paylaş
Şərh əlavə et