Bu gün:

Yaddaşı gücləndirən qidalar: Qaragilə və qoz


Şimali Karolina Universitetinin Psixologiya və Nevrologiya kafedrasından dos. Carol Cheatham-a görə müəyyən qidaları yemək beyin sağlamlığına kömək edir. Cheathamın sözlərinə görə, vitamin, lif və antioksidant mənbəyi olan qaragilə onlardan biridir.
Müntəzəm olaraq qaragilə istifadə edən insanların daha qısa müddətdə yeni məlumatlar əldə etdiyini təyin etdiklərini söyləyən Cheatham bu qidaların yaddaşı gücləndirdiyini ifadə edib. 

Digər qida omeqa-3 yağ turşuları ilə zəngin olan qozdur. Gündə təxminən 10 qram qoz istifadəsi koqnitiv performansı yaxşılaşdırır. Omeqa-3 yağ turşuları ilə zəngin olan yağlı balıqlar beyin funksiyaları üçün də faydalıdır. Yaponiyanın Tohoku Universitetində aparılan araşdırmaya görə tünd yaşıl yarpaqlı tərəvəzlərdə olan lutein adlı birləşmə beyin funksiyaları və yaddaş üçün faydalıdır.

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et