
Fitoterapiya Mütəxəssisi Asrın Tuncayın mövsümi keçidlərdə tez-tez baş verən qrip və soyuqdəyməyə qarşı təbii çarə axtaranlara bir tövsiyəsi var: “Qış çayı”
Fitoterapiya Mütəxəssisi Asrın Tuncay qış çayının immunitet sistemini gücləndirdiyini və təbii qalxan yaratdığını vurğulayaraq, xüsusilə, xəstəliklərin artdığı mövsümi keçidlərdə hər kəsə onu istifadə etməyi tövsiyə edib. Qış çayının şəfalı otların qarışığı olduğunu bildirən Asrın Tuncay "Hər kəsin istifadə edə biləcəyi immunitetə faydalı çaydır"-deyib.
Asrın Tuncay “Qış çayızəiflik və yorğunluğa, xüsusilə, boğaz ağrılarına faydalıdır. Qış çayı orqanizmin müqavimətini artırır, immunitet sistemini gücləndirir. Bu, müəyyən qədər də olsa xəstəliklərdən qorunmağa kömək edir.
Tərkibində cökə, qızılgül, hibiskus, nanə və adaçayı kimi bir çox bitki var. Çayınıza dad vermək üçün portağal, heyva və limon kimi meyvələr, həmçinin darçın və mixək kimi ədviyyatlar əlavə edə bilərsiniz.
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Məryəm Məmmədova
