Bu gün:

Dırnaq boyasında gizli təhlükə


Daimi dırnaq boyasının qurudulması zamanı istifadə olunan ultrabənövşəyi lampa təhlükəlidir. Çünki ultrabənövşəyi şüalar qalıcı dırnaq boyası vurulan insanlarda uzun müddətdə hüceyrələrə zərər verə bilər. Bu da qocalmanı sürətləndirə bilər

Özəl İstanbul Şafak Xəstəxanası Dermatoloji Mütəxəssisi Dr. Marziyeh Cavadpour son vaxtlar populyarlaşan qalıcı dırnaq boyası ilə bağlı bilinməsi lazım olan faktlara diqqət çəkib.

Mütəxəssis Dr. Cavadpour, "Qalıcı dırnaq boyası gündən-günə populyarlaşan kosmetik tətbiqlərdən biridir. Tez quruduğu, həftələrlə qaldığı, dırnaqların qırılmasının qarşısını aldığı və əlləri baxımlı göstərdiyi üçün bütün inkişaf etmiş ölkələrdə üstünlük verilən bir dırnaq baxım üsuludur. Artan reputasiyası ilə ölkəmizdə və dünyanın bir çox yerində sadəcə qalıcı dırnaq boyası edən mərkəzləri tapmaq mümkündür",- dedi.

Dırnaqları zəiflədə bilər

Mütəxəssis Dr. Cavadpour, normal dırnaq boyası ilə müqayisədə həm tətbiqi, həm də formuluna görə fərqliliklərə malik olan bu üsulda ultrabənövşəyi (UV) şüalardan istifadə edildiyini deyib.

"Qalıcı dırnaq boyası dırnaqlarda daha uzun müddət hamar və cazibədar bir görünüş təmin edə bilər. Bu səbəblə xüsusi tədbirlər və səyahət kimi vəziyyətlərdə praktik ola bilər. Tez soyulma və ya təmas səbəbiylə cızma kimi problemləri azalda bilər ".

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et