
Dünyanın ən məşhur gəmisi olan Titanikin batmasından 103 il keçməsinə baxmayaraq, hələ də öz aktuallığını qoruyub saxlayır.
Titanik ABŞ şirkətinə məxsus Britaniyada qeydiyyatdan keçmiş gəmi idi. Southampton İngiltərə ilə Nyu York arasında transatlantik keçid üçün Harland & Wolff tərəfindən Şimali İrlandiyanın Belfast şəhərində tikilmişdir. Bu, dövrünün ən böyük və dəbdəbəli sərnişin gəmisi idi. “Heç vaxt batmaz” deyirdilər. Titanikin təxmini tikinti dəyəri 7,5 milyon dollar idi. Titanikin uzunluğu 269 metr, eni 28,2 m, çəkisi isə 52310 ton idi.
Bəs necə oldu ki, bu böyük gəmi sadəcə 3 saat ərzində batdı?
Titanik digər gəmilərdən buzla bağlı bir neçə mesaj aldı. Lakin gəmilər arasında düzgün kod rabitəsi əldə olunmadığından və buz kütləsinin yeri aydın olmadığından xəbərdarlıqlar ciddi qəbul edilmədi. Saat 23:30 vaxtlarında Titanik buz kütləsinə dəydikdən sonra su keçirməməsi nəzərdə tutulan 16 bölmədən 5-i su almağa başladı. Xəbərdarlıq siqnalı çalındı və sərnişinləri gəmidən çıxarmağa başladılar. Lakin istifadə edilən xilasedici qayıqlar sərnişinlərin yarısını belə xilas etməyə kifayət etmədi. Britaniya hökumətinin rəsmi araşdırmasına görə, gəmi ilk səfərində təxminən 1316 sərnişin və 885 ekipaj üzvü daşıyıb, lakin göyərtəsində hər biri 40-60 nəfəri tuta bilən cəmi 20 xilasedici olduğundan 1329 nəfər sərnişindən yalnız 410 nəfər həyatda qaldı. Gəminin kapitanı Smith isə öldü, ancaq heç bir zaman cəsədi tapılmadı.
Titanik 10 aprel 1912-ci ildə İngiltərədən Nyu-Yorka yola düşdü və 15 aprel 1912-ci ildə buz kütləsinə dəydikdən sonra “Tanrının belə batıra bilməyəcəyi”iddia edilən bu nəhəng gəmi Şimali Atlantika sularında batdı.
Mənbə: chip.com.tr
Tərcümə etdi: Aytac Musayeva
