Mharibə taktikası qalib gəlmək üçün oynanılır. Oyun bugünkü sahənin formalaşması yanaşmasını özündə birləşdirdi. Çünki oyunda hücum xətti öndə, dayaq bölməsi ortada, mühafizəçilər isə arxada xidmət edirdi.

Qədim dövrlərdə bir çox bölgələrdə və müxtəlif üsullarla oynanan futbol XII əsrdə İngiltərədə müasir mənada harada və necə oynanılırsa oynanılmağa başlanmış və çox məşhur olub. Bu illərdə populyarlıq o həddə çatdı ki, futbol yarışması ictimai asayişi pozmağa başlayanda, kral tərəfindən bütün ölkədə futbol oynamaq qadağan edildi. Bu vəziyyət futbolun aşağılanmasına səbəb olsa da, ingilislərin bu oyuna olan sevgisi hələ də itməyib. Daha sonra ingilis zadəganları İtaliyada oynanan və təpik mənasını verən Giyoca Del Calcio-nu yaymaq istəyiblər və bu da futbola marağı daha da artırıb. İtaliyada oynanılan bu oyun indiki futbola çox bənzəyir.
Ölkədə qadağan edilən futbol 1583-cü ildə İngiltərədə yenidən oynanılmağa başlandı və bu dəfə oyuna sadə qaydalar əlavə edildi. Sərtliyə qarşı qaydalar və hakim seçimi bu qaydaların ən əsasıdır. Foul sistemi o zaman futbola daxil edilməyə başladı. Bu qaydalar 1862-ci ildə daha da genişləndirildi və yeni qaydalara meydanda 11 oyunçusu olan komandalar, ofsayd qaydası və həndbol qadağası daxildir. 1857-ci ildə ilk futbol klubu yaradılır və bu klub "Şeffild klubu" adı ilə fəaliyyətə başlayır. 1963-cü ildə İngiltərə Futbol Assosiasiyası yaradıldı və müasir futbolun bəhrələri yarandı. FA dünyanın ilk milli futbol assosiasiyası olma xüsusiyyətinə malikdir.
Təqdim olunan yeniliklər
*1871-ci ildə qapıçının topu əlləri ilə tutması qaydası tətbiq olundu.
*Küncə zərbələri 1873-cü ildə istifadə olunmağa başladı.
*Topa baş vurma azadlığı 1875-ci ildə tətbiq edilib.
*İngiltərə Peşəkar Futbol Liqası 1888-ci ildə başladı.
Artıq futbolun peşəkar liqaya sahib olması bu oyunun bütün Avropada sürətlə yayılmasına səbəb olub. Beynəlxalq futbol yarışlarının artmasına 1904-cü ildə FİFA-nın yaradılması səbəb olub. Dünyada çox məşhur olan dünya çempionatı ilk dəfə 1930-cu ildə FİFA tərəfindən Uruqvayda həyata keçirilib.
Kütləni arxasınca qaçdırmaq xüsusiyyətinə malik olan futbol bütün dünyada çox sevilir və oynanılır. Onun ortaya çıxma tarixi və yeri dəqiq bilinməsə də, tapıntılar bizi eramızdan əvvəl, peşəkar olaraq isə İngiltərəyə aparır.
Mənbə : Bilgiustam
Tərcümə etdi : Aysel Aslanova
