Bu gün:

Jinefobiya və onun simptomları hansılardır?


Qadın qorxusu olaraq da bilinən jinefobiya müalicə edilmədiyi təqdirdə təsir etdiyi insanların həyatını əhəmiyyətli dərəcədə çətinləşdirir.

Planetimizdə yüzlərlə müxtəlif növ fobiya var. Bəzi insanlar yüksəklikdən, bəziləri hörümçəklərdən, bəziləri isə klounlardan qorxur. Amma bəzi insanların ən böyük qorxusu daha maraqlıdır: Qadınlar! Bəli, dünyada qadın qorxusu kimi tanınan jinefobiya adlı çox maraqlı bir fobiya var. 

Jinephobia nədir?

Jinephobia ən sadə tərifi ilə, qadınların həddindən artıq qorxusuna verilən addır.

Bu maraqlı fobiyanın adı yunanca gunē (qadın) və phobos (qorxu) sözlərinin birləşməsindən yaranıb.

Jinefobiya, insanın qadınlardan həddindən artıq qorxması ilə xarakterizə edilən maraqlı bir fobiya növüdür. Digər tərəfdən, olduqca nadirdir.

Jinephobia'nın mənşəyinin dəqiq nə olduğu bilinmir. Bununla belə, bəzi ekspertlər hesab edir ki, qadınlar tərəfindən alçaldılma qorxusu jinefobiyaya səbəb olur.

Digər tərəfdən, bəzi tarixçilər fobiyanın kökündə qadınlar tərəfindən axtalanma qorxusunun dayandığını iddia edirlər.

Bununla belə, bəzi ekspertlər bu qeyri-adi fobiyanın yaranmasına səbəb ola biləcək bir çox amillərin olduğunu bildirirlər.

Keçmiş travmalar, xüsusilə də zehni və ya fiziki zorakılıq, genetik və ətraf mühit faktorları, beyin strukturunda dəyişikliklər fobiyaya səbəb ola biləcək amillərdəndir.

Jinefobiyanın əlamətləri hansılardır? 

Mütəxəssislərin fikrincə, qadınların həddindən artıq qorxusunun birdən çox simptomu var. Ancaq fobiyanın ən diqqət çəkən və ümumi əlaməti, fobiyası olan insanların bir qadını görəndə və ya onun haqqında düşünəndə həddindən artıq narahat olması və dəhşətə gəlməsidir.

Müxtəlif elmi araşdırmalara görə, bəzi insanlar digərlərinə nisbətən bu qəribə fobiyadan daha çox əziyyət çəkirlər.

Ailə üzvlərində fobiya və ya narahatlıq pozuqluğu olanlar, həssas və utancaq xasiyyətə malik olanlar, keçmişdə qadınlarla mənfi təcrübələri olanlar, qadınlarla bağlı mənfi fikirlərin təkrarlandığı bir mühitdə böyüyənlər. Bu maraqlı fobiyanın inkişaf riski yüksək olan qrupdur.Jinephobia bəzi hallarda misogyny ilə müqayisə edilir. 

Lakin ekspertlər bu iki anlayışın bir-birindən tamamilə fərqli olduğunu bildirirlər. Misogyny ümumiyyətlə qəzəb, nifrət, zorakılıq və qadınlara qarşı müxtəlif qərəzləri ehtiva edir. Ancaq bu, jinefobiya üçün belə deyil. Bu qəribə fobiya, əsasən, bir insanın həddindən artıq qadınlardan qorxması deməkdir.

Jinefobiyanı müalicə etmək mümkündürmü? 

Qısa cavab, bəli. Jinefobiya müalicə edilə bilən bir xəstəlikdir. Bu psixoloji pozğunluq adətən müxtəlif dərmanlar və müxtəlif terapiya üsulları ilə müalicə olunur. Danışıq terapiyası, ifşa terapiyası və koqnitiv davranış terapiyası fobiyanın müalicəsində ən çox istifadə edilən üsullardandır.

Mənbə : Listelist 

Tərcümə etdi : Aysel Aslanova 

Paylaş
Şərh əlavə et