Bu gün:

Məhkəmə tibbdə barmaq izlərinin tarixi


Cinayətkarın tutulması və onun təqsirinin sübuta yetirilməsi üsulları hüquq-mühafizə orqanlarının qarşısında həmişə ən aktual məsələ olub. Cinayət yerində kimin olduğunu necə tapmaq, bir insanın günahını necə sübut etmək və ya əksinə, günahsız bir insana bəraət vermək.

Elmi-texniki tərəqqi həmişə hüquq-mühafizə orqanlarının xidmətində olub, onlar, ilk növbədə, onların işini yaxşılaşdırmağa kömək edən bütün yeni məhsullar alıblar.

Bu, daktiloskopiya, yəni barmaq izlərindən istifadə edərək şəxsi identifikasiya zamanı baş verdi.

Bu üsuldan ilk dəfə ingilis Uilyam Herşel 19-cu əsrin ikinci yarısında Hindistanda xidmət edərkən istifadə etmişdir.O vaxtkı avropalılar üçün hindlilər demək olar ki, eyni olduqlarından, məsələnin maliyyə tərəfinə gəldikdə (məsələn, müavinət ödəyərkən) əlavə identifikasiya üçün barmaqlardakı naxışın unikal olduğunu görərək insanların barmaq izlərini toplamaq qərarına gəldi.

Ümumi qəbul edilən məlumata görə, 1858-ci il iyulun 28-də Herşel cinayətkarların şəxsiyyətini dəqiq müəyyən etmək üçün mahal həbsxanalarından birində barmaq izindən istifadə etməyi təklif edir.Beləliklə, bu gün fəal şəkildə istifadə olunan bu həqiqətən inqilabi metodun qeyri-rəsmi doğum günüdür.

Yeri gəlmişkən, barmaq izini şəxsiyyəti müəyyən etmək üçün istifadə etməyi düşünən yeganə şəxs Herşel deyildi.1880-ci ildə Henri Folds “Nature” jurnalında şəxslərin barmaq izləri ilə müəyyən edilməsinin mümkünlüyü haqqında məqalə dərc etdirmişdir.Daha sonra o, bütün 10 barmağın barmaq izinin alınmasını təklif edən bir barmaq izi təlimatı tərtib etdi. İngilis antropoloqu Frensis Galton isə 1895-ci ildə İngiltərədə cinayətkarların qeydiyyatı üsulu kimi barmaq izinin tətbiqinə nail olub.

Hal-hazırda barmaq izləri təkcə məhkəmə ekspertizasında istifadə edilmir, bu, hərbi sahədə istifadə edilən şəxsiyyətin yoxlanılması üsuludur, həm də ciddi maliyyə əməliyyatlarında istifadə olunur və sonda hər bir smartfon sahibi cihazın kilidini açmaq üçün ondan istifadə edə bilər.

Mənbə :Ruc

Tərcümə etdi: Leyla Əliyeva

Paylaş
Şərh əlavə et