İnsanlar məqsədlərindən biri olduğunun fərqində olmasalar da, qısa müddətli xoşbəxtlik də olsa, hər vəziyyətdə xoşbəxtliyin arxasınca qaçırlar.
Xoşbəxtliyin tərifi nədir? Xoşbəxtliyi müəyyən etmək olarmı? Xoşbəxtlik sözü nə deməkdir?
Əsrlər boyu insanlar bu sualları veriblər. Onlar bu xoşbəxtliyin nədən ibarət olduğunu, onun nədən yarandığını və onu daha uzun müddət necə saxlayacağını düşünüblər. Xoşbəxtlik fiziki reaksiyadırmı, orqanizmdə müəyyən hormonların təsiridir? Bu, müəyyən xarici şəraitdən asılıdır, yoxsa bir növ daxili, zehni, emosional və ya vəziyyətdir? Bütün bunlar onu yaşamağa səbəb olan tətiklər ola bilər.
Xoşbəxtlik tez-tez gəlir və gedir. Gəlir, bir az qalır, sonra onu hansısa neqativ hiss əvəz edir və yox olur. Bu o deməkdirmi ki, biz xoşbəxtliyi idarə edə bilmirik və onun müddətini uzada bilmirik?
Bu sözü məmnuniyyət kimi təyin edə bilərik. İşdən məmnunluq, sevgi, münasibət və həyatdan məmnunluq olduqda, xoşbəxtlik daha yüksək səviyyədə olur. Bu, yaxşı hiss, sevinc və bütövlük hissidir. Araşdırmalar göstərir ki, xoşbəxtlik xeyirxahlıq, minnətdarlıq və sevgi qabiliyyəti ilə bağlıdır.
Mənbə: successconciousness.com
Tərcümə etdi: Əliyeva Ləman
