Bu gün:

Selenofil nədir?


Səma, planetlər, ulduzlar, günəş və ay əsrlər boyu bir çox hadisələrin, işlərin və fəaliyyətlərin mövzusu və ilham mənbəyi olub. Onların adları şeirlərdə, rəsmlərdə, mahnılarda, kitablarda çəkilir. Bəzi insanlar səmaya və bu obyektlərə hər kəsdən daha həssasdırlar. Gecəni bütün əzəməti ilə işıqlandıran Ayın da pərəstişkarları çoxdur.

Selenofil sözü yunanca Selene (Ay) və philia (sevgi, cazibə) mənasını verən sözlərdən ibarətdir. Selene Yunan mifologiyasında gözəlliyi ilə məşhur olan Ay ilahəsidir və şübhəsiz ki, bu sözün yaranmasında təsiri mövcuddur. Selenofil Aya qarşısıalınmaz bir sevgi ilə bağlı olmaq deməkdir. Bir çox gözəlliklərə ilham verən Ayın möhtəşəmliyinə heyran olan insanlara selenofillər deyilir. Yəni selenofillər Ayı sevən, onun hüzurunda rahatlıq tapan, onunla maraqlanan, ondan müsbət təsirlənən insanlardır.

Mənbə: Wannart
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et