
"Mən bunu əvvəllər heç vaxt yaşamamışam" vəziyyəti: Jamais Vu
Bəzən bir anı yaşayarkən "mən bunu əvvəllər də yaşadım" hissini hiss edirsən, buna Deja Vu deyilir. Bununla belə, Deja Vu-nun əksi də var.Bu Jamais Vu adlanır. Deja Vu, demək olar ki, hər kəsə məlum olan bir vəziyyətdir. Bəzi mədəniyyətlərdə Deja Vu karmaya olan inancın bir hissəsi kimi görülsə də, əslində beynin fəaliyyətindəki kiçik bir anomaliyadan qaynaqlanır və insanın o anı daha əvvəl yaşamış kimi hiss etməsinə səbəb olur. Deja Vu xəstəlik olmasa da, dünyada insanların üçdə ikisi həyatlarında ən azı bir dəfə bu vəziyyəti yaşayırlar. Beynin anormal işləməsi nəticəsində yaranan Deja Vu kimi başqa bir vəziyyət var. Jamais Vu adlanan bu vəziyyət, Deja Vu-ya əks bir hiss yaradır.
Jamais Vu nədir, gəlin birlikdə baxaq.Fransız mənşəli Jamais Vu sözü "Heç vaxt görülməmiş" deməkdir. Deja vuda bir hadisəni yenidən yaşayırmış kimi hiss edirsən, Jamais vuda isə ilk dəfədir ki, bir hadisəni yaşayırsan.
Başqa sözlə, Deja Vu-dan fərqli olaraq, insan daha əvvəl yaşadıqlarını heç vaxt yaşamadığı hissini yaşaya bilər. Bu anlıq unutqanlıq xəstəlik deyil, sadəcə yaddaş səhvidir. Hisslərimizlə keçirdiyimiz hər bir təcrübə beyində saxlanılır və beyin bu məlumatı növbəti təcrübədə istinad kimi qəbul edir.Jamais Vu vəziyyətində beyindən məlumat ötürülməsi bir neçə saniyə gecikir və biz daha əvvəl belə bir təcrübə yaşamamış kimi hiss edirik. Bu vəziyyəti yaşayan insanlar daha əvvəl heç yemək dadmamış kimi hiss edə bilərlər. Neyropsixoloq Chris Moulin, Jamais Vu-nun beyin yorğunluğu ilə baş verə biləcəyini əsas gətirən bir təcrübə apardı. Moulin 92 könüllüdən 60 saniyədə 30 dəfə "qapı" sözünü yazmağı xahiş etdi və təcrübənin sonunda iştirakçıların 68 faizi bunun olduğuna şübhə etdi.
Mənbə: listelist
Tərcümə etdi: Fatimə Şükürova
