Bu gün:

Qəhvəyi göz rəngi haqqında bəzi məlumatlar


Qəhvəyi gözlər. Qəhvəyi göz rəngi haqqında hər şey

Qəhvəyi gözlər dünyada hər hansı digər göz rəngindən daha çox yayılmışdır. Ancaq qəhvəyi gözlərin yayılması coğrafiyaya görə əhəmiyyətli dərəcədə dəyişir.

Afrika və Asiyada yaşayan insanların çoxu tünd-qəhvəyi gözlərə malikdir. Tünd-qəhvəyi gözlər Yaxın Şərqdə də çox yayılmışdır. Ancaq Avropada qəhvəyi gözlərin yayılması bölgədən bölgəyə əhəmiyyətli dərəcədə dəyişir. 

ABŞ-da əhalinin təxminən 41 faizinin tünd-qəhvəyi, açıq-qəhvəyi və bal qəhvəyisi də daxil olmaqla qəhvəyi gözləri var.

Lakin yüksək yayılma o demək deyil ki, bütün qəhvəyi gözlər eyni görünür. Görünüşdə insandan insana böyük fərq var və hətta qəhvəyi gözlərə sahib olmağın sağlamlıq üçün faydaları da var. 

Qəhvəyi gözlərə səbəb nədir?

Daha az yayılmış mavi gözlər və yaşıl gözlər də daxil olmaqla müxtəlif göz rəngləri olsa da, göz rəngi piqmentinin yalnız bir növü var və gözünüzün irisindəki bu piqmentin (melanin adlanır) miqdarı göz rəngini təyin edir. 

İrisdə çox az melanin olan gözlər mavidir. Bir az daha çox melanin olan gözlər yaşıl, fındıq və ya açıq-qəhvəyi rəngdədir. 

Qəhvəyi gözlərin faydaları

Qəhvəyi gözləri olan insanlar müəyyən xəstəliklərə daha az həssasdırlar. Məsələn, qəhvəyi gözlü insanlar, açıq rəngli gözləri olan insanlarla müqayisədə yaşa bağlı makula degenerasiyasından daha az əziyyət çəkirlər. 

Bundan əlavə, qəhvəyi gözləri olan insanlarda açıq-mavi gözlü şəxslərlə müqayisədə 1-ci tip diabet və gözün melanoma riski daha azdır. 

Mənbə: All About Vision 

Tərcümə etdi: Aminə Paşazadə



Paylaş
Şərh əlavə et