Bu gün:

Onurğa sınıqları üçün sement müalicəsi



İnsan bədənini ayaqda saxlayan onurğanın sınıqları çox vacibdir. Onurğa sınıqları sınığın yerindən və səviyyəsindən asılı olaraq müxtəlif üsullarla müalicə olunur. Açıq cərrahiyyədən daha asan variant olan “sementləmə” üsulu da onlardan biridir.

Yol-nəqliyyat hadisəsi, hündürlükdən yıxılma və ya sümük əriməsi... Onurğada bir çox səbəblərdən sınıqlar yarana bilər. İnsan bədənini ayaqda saxlayan onurğada meydana gələn hər bir qırıq böyük əhəmiyyət kəsb edir. Çünki vaxtında və lazımi şəkildə müalicəsi mümkün olmayan sınıqlar qalıcı ziyana səbəb olur.

Bu gün onurğa sınıqlarını müalicə etmək üçün bir çox üsullar var. Müalicə prosesi xəstənin yaşına, sınığın formasına və yerinə uyğun olaraq formalaşdırılır. Bəzi sınıqlar korsetin köməyi ilə zamanla spontan sağalarkən bəzilərində əməliyyat qaçılmazdır.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et