Bu gün:

Gənc yaşda saçların ağarmasının 6 səbəbi və qarşısının alınması yolları


Yaşlanmanın görünən əlamətlərindən biri sayılan saçların ağarması bəzən çox erkən yaşlarda da baş verə bilər. Odur ki, gənc yaşda saçları ağarmağa başlayan yeganə insanın siz olduğunuzu düşünürsünüzsə, yanılırsınız. Saçların vaxtından əvvəl ağarması çox yayılmış bir problemdir və nə qədər narahat edici olsa da, başqa bir problemin əlaməti ola bilər! Gənc yaşda saçlarınızın ağarmasının səbəblərini və bu vəziyyətin qarşısını almaq üçün nə etməli olduğunuzu öyrənmək istərdiniz? Hazırsınızsa izah etməyə başlayaq... 

1.B12 vitamini çatışmazlığı yaşamaq

Mütəxəssislərin fikrincə, gənc yaşda saçların ağarmasının ən böyük səbəbi B12 vitamini çatışmazlığıdır. Bu çatışmazlıq saçların incəlməsinə və tökülməsinə də səbəb ola bilər. Bunun qarşısını almaq üçün qida rasionunuza yumurta, mal əti, ton balığı və qızılbalıq kimi qidaları daxil edin. Lazım olduqda bir mütəxəssislə məsləhətləşərək B12 əlavələrindən də istifadə edə bilərsiniz.

2.Tiroid hormonları ilə bağlı problemlərin olması

Araşdırmalar göstərir ki, qalxanabənzər vəzi problemləri saçlara kökdən uca təsir edir. Əgər saçlarınız bağlı ağarma, qırılma və ya yağlanma problemi yaşayırsınızsa, bunun səbəbi tiroid hormonunun kifayət qədər yaxşı işləməməsi ola bilər.

3. Sağlam qidalar yerinə daha çox zərərli qidalar qəbul etmək

Sağlam qidalanmamaq da saçlarınızın vaxtından əvvəl ağarmasına səbəb ola bilər. Bu mövzuda aparılan müxtəlif araşdırmalar ferritin, kalsium, D vitamini, mis, sink və dəmir çatışmazlığının bu problemə səbəb ola biləcəyini təsdiqləyir.

4.Daimi stress və narahatlıq yaşamaq

Stress və narahat olmaq saçınızın bərpasına cavabdeh olan kök hüceyrələrə təsir edərək saçlarınızın vaxtından əvvəl ağarmasına səbəb olur.

5.Genetik meyilli olmaq

Bəli, sizə boz saçlar valideynlərinizdən və ya nənə və babanızdan miras qalmış ola bilər.Dermatoloqların fikrincə, saçların nə vaxt ağaracağını müəyyən etməkdə genetik kodlarımız böyük rol oynayır. Ona görə də ailənizdən kiminsə saçı erkən yaşda ağarıbsa, sizin də eyni şeyi yaşamaq ehtimalınız var.

6.Kimyəvi saç məhsulları və zərərli boyalardan istifadə etmək

Şampunlardan tutmuş saç boyalarına qədər əksər saç məhsulları saçların ağarmasına səbəb ola bilər. Bu məhsulların tərkibindəki zərərli kimyəvi maddələr melaninin səviyyəsini aşağı salır və bu da saçınızın təbii rəngini itirməsinə səbəb olur

Saçların erkən ağarmasının qarşısını almağın yolları

- Saçlarınızı günəşin zərərli təsirlərindən qoruyun. Mümkünsə, çölə çıxarkən şapka və ya oxşar əşyalar geyinin.

- Saç fenlərindən mümkün qədər çəkinin. Geniş saç fırçası ilə saçınızı tarayın.

- Saçlarınızı mütəmadi olaraq kokos yağı ilə masaj edin.

- Gündəlik qida rasionunuza badam, kök suyu və brokoli daxil edin.

Mənbə:Milliyet

Tərcümə edən:Gülsər Qədirli


Paylaş
Şərh əlavə et