Bu gün:

Balıqdan sonra hansı desertlərə üstünlük verilməlidir?


Ürək üçün faydalı Omeqa 3 yağ turşuları ilə zəngin olan balıqda dəmir və sink kimi yüksək miqdarda minerallar var. Bütün bunların eyni anda orqanizmə daxil olması həzm sistemin narahatlıq yaradır.

Ürəkbulanma, şişkinlik, yorğunluq yaranır, qan şəkəri aşağı düşür. Məhz bunlara görə balıqdan sonra desert yemək lazımdır. Bəs balıqdan sonra hansı desertlərə üstünlük verilməlidir? 

Balığın bayat olduğu halda südlü desertlərə üstünlük verilmir. Şərbətli şirniyyatlara istifadə olunmamalıdır, çünki tərkibində şəkər yüksəkdir və bu, mədəyə zərər verə bilər.

Halva balıqdan sonra yemək üçün ən ideal desertdir. Tərkibindəki tahin sayəsində halva balıqda yığılan ağır metalları zərərsizləşdirir, radiasiyanın və bəzi dərmanların təsirindən orqanizmdə olan fosforun miqdarını tənzimləyir, mədədə turşu balansını normallaşdırır.

Manna halvası, püstəli un halvası, fındıq pastası, bişmiş düyü pudinqi, xaşxaş, qaynadılmış qənd ədviyyatı, revani, şambalı və tahinli balqabaqlı desert balıqdan sonra yeyilə bilən desertlər sırasındadır.

Mənbə: Milliyet

Tərcümə etdi: Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et