Bu gün:

Manipulyasiya nədir?


Manipulyasiya başqalarının hisslərini, düşüncələrini və davranışlarını onlara xəbər vermədən müxtəlif

üsullarla dəyişdirməyə çalışmaqdır. Manipulyasiya edən şəxs öz maraq və istəklərinə uyğun olaraq qarşı

tərəfə təsir etməyə çalışır. Eqoizm və fərdiyyətçilik hissləri ilə başlayan və özünə haqq qazandırmağa

çalışan insanın mənfi davranışı hər iki tərəfə təsir edir. Ciddi nəticələrə səbəb ola biləcək bu vəziyyətlərdə

xəbərdar olmaq və dəstək almaq vacibdir. Manipulyasiya edən insanlar müxtəlif insanları və ya qrupları

hədəf alır və onları öz maraqlarına istiqamətləndirirlər. Qeyri-etik üsullarla insanı və ya qrupu

dəyişdirməyi hədəfləyir. Qavrayış idarəçiliyi və manipulyasiyanı birləşdirən bu vəziyyət həm psixoloji

prosesdir, həm də hüquqların pozulmasıdır.

Manipulyator insanların şüuruna təsir etmək, onların düşüncə və davranışlarını istiqamətləndirmək üçün

müxtəlif üsullardan istifadə edir. Bu üsullar zamanı bəzən inandırmağa çalışmaq, bəzən də duyğuları

istismar etmək kimi davranışlar sərgiləyirlər. Bundan əlavə, istifadə etdiyi üsullar arasında; Məhrumiyyət,

alçaldılma və ya emosional zorakılıq kimi zorakılığa əsaslanan davranışları əhatə edən manipulyasiya

nümunələri ola bilər.


Mənbə:erdempsikiyatri.com


Tərcümə etdi: Rəhimə Cəmilova



Paylaş
Şərh əlavə et