Daha az yatmaq sağlamlığa zərərlidirmi?
Gündüz hərəkətdə, gecə dincəlməyin kökləri təkamüldədir. Bu dövr bioloji reallıq olduğundan bədən saatına qarşı yaşamaq gözləniləndən daha çox zərər verir. Yuxusuzluğun insan orqanizminə vurduğu zərərləri birlikdə araşdıraq.
Az yatmağın zərərləri nələrdir?
Zəif yuxu insana həm fiziki, həm də mənəvi cəhətdən çox təsir edir. Davamlı olaraq stress hiss edirsinizsə, qan şəkəriniz qeyri-sabitdirsə və ya kiçik hadisələrdən belə narahat olursunuzsa, bunun səbəblərindən biri az yatmağınız ola bilər. Araşdırmaya görə, bir neçə gün belə lazım olan saatlardan az yatmaq;
• Maddələr mübadiləsini ləngidir.
• Konsentrasiya problemləri yaradır.
• İmmunitet sistemini zəiflədir.
• Qan təzyiqində balanssızlığa səbəb olur.
• Epilepsiya hücumlarını sürətləndirə bilər.
• Narahatlığa səbəb olur.
• Ürək xəstəliyi riskini artırır.
• Enerji çatışmazlığına səbəb olur.
• Şəkərli diabet riskini artırır.
• Sosial həyatın pisləşməsinə səbəb ola bilər.
• Damar tıxanmasına səbəb ola bilər.
Xarici amillərin yuxuya təsiri
Yuxusuzluqla bağlı elmi araşdırmalar göstərir ki, yuxusuzluq bir çox səbəblərdən qaynaqlanır və insan həyatına tamamilə təsir edir. Xüsusilə müşahidələr göstərir ki, yuxuya getmədə keyfiyyətli çarpayı seçimi , ətraf işıqlandırma və temperatur kimi xarici amillər çox vacibdir. Bu cür vəziyyətlərə görə yuxusuzluqdan və pis yuxunun təsirlərindən qaçmaq üçün edə biləcəyiniz çox şey var. Bu kimi sadə üsullarla fərdi çarpayı əldə edə, ətraf işığını tamamilə söndürə, ətraf temperaturu müxtəlif alətlərlə tənzimləyə, yatmazdan əvvəl kofein istehlakını dayandıra və özünüzü yuxuya hazırlaya bilərsiniz. Yuxunun həyatınızdakı yerini unutmamalı və keyfiyyətli yuxuya can atmalısınız.
Mənbə: suisleep.com
Tərcümə etdi: Nəzri Süleymanova
