
Alimlər "Ölümdən sonra həyat varmı?" sualını cavablandırıblar. Bilirsiniz ki, ölümdən sonra həyatın olduğuna inanıb-inanmamaq hər kəsin öz seçimidir. Bir çox dinlər deyir ki, ölümdən sonra həyat var və bu həyatın necə keçəcəyini yer üzündəki əməllərimiz müəyyən edir. Lakin elm bununla razılaşmır. Bildiyiniz kimi, ölümdən sonrakı həyat fəlsəfədə ən çox müzakirə olunan mövzulardan biridir. Hamımız həyat haqqında çox şey bilirik, amma heç birimiz öldükdən sonra nə olacağını dəqiq deyə bilmirik. Bir çox dinlərdə həyatın ölümdən sonra davam etdiyinə inanılır. Elm deyir ki, ölümdən sonrakı həyat yoxdur. Express-in məlumatına görə, Kaliforniya Texnologiya İnstitutunun fizika professoru, kosmoloq Şon Kerroll gündəlik həyatın təməlində yatan fizika qanunlarının tam başa düşüldüyünü deyib. Dr. Carroll deyir ki, axirətin olması üçün ruhumuz fiziki bədənimizdən tamamilə ayrılmalıdır. Bədənimiz öldükdən və onu təşkil edən atomlara parçalandıqdan sonra hansısa şüur formasının davam etdiyini iddia etmək böyük, keçilməz bir maneə ilə üzləşir. "Gündəlik həyatın altında yatan fizika qanunları tam başa düşülür". Elmə görə, bu qanunlar çərçivəsində beynimizdə saxlanan məlumatların biz öldükdən sonra da davam etməsinə imkan verən heç bir yol yoxdur. Ölümdən sonrakı həyatın olması üçün bu nəzəriyyə insan şüurunun bədənimizdən ayrı olduğu müddəasına əsaslanır. Bununla belə, elmi cəhətdən şüurun insan bədənindən kənarda yaşaya bilən bir ruhdan çox atomların və elektronların nəticəsi olduğuna inanılır. Həkim Sara Kerroll deyir: “Alimlər ölümdən sonra həyatın mümkünlüyünü tədqiq etməyiblər. Ölülərin ruhu üçün ölümdən sonrakı həyatın olmadığının sübutu Kvant sahə nəzəriyyəsidir. Kvant sahə nəzəriyyəsi və ya QFT, kosmosda hər növ hissəcik üçün bir sahə olduğunu bildirir – biri fotonlar, biri elektronlar üçün. Və kvant testlərində heç bir “ruh” hissəcikləri aşkar edilməmişdir ki, bu da ölümdən sonra həyatın mövcud olmadığını göstərir. Əgər axirət həyatı mövcud olsaydı, kvant təcrübələri ruh hissəciklərini və ruh güclərini aşkar edərdi".
Mənbə: Onedio
Tərcümə etdi: Fatimə Şükürova
