Bu gün:

Qucaqlaşmağın bu təsirlərini bilirsinizmi?


Sevgini ifadə etməyin ən gözəl üsullarından biri olan qucaqlaşmaq sağlamlıq üçün də çox faydalıdır. Sarılmağın həm ruhən, həm də fiziki olaraq bədənə təsirlərini bir araya topladıq.

Qayğını azaldır

Sevdiyiniz birini qəmli görsəniz, ilk reaksiyanız adətən o insanı qucaqlamaq olur. Bu hərəkət qarşı tərəfin kədərini aradan qaldırmasa belə, stressini azaldır. Toxunma hərəkəti hər iki tərəfi sakitləşdirir və sağlam əhval-ruhiyyə yaradır.

Uşaqların beyininin inkişafına təsir göstərir

Qucaqlaşmaq uşaqların gənc yaşda güclü və sağlam bir quruluşa sahib olmasına kömək edir. Araşdırmalar göstərir ki, kiçik təmasda az olan uşaqlarda koqnitiv inkişaf problemləri yarana bilər.

Sağlam yaşamaq üçün gündə 4 dəfə qucaqlaşmağa ehtiyyacımız var

Qucaqlaşmaq ünsiyyət bacarıqlarını inkişaf etdirmək, özünə inamı artırmaq və stressi azaltmaq üçün çox vacibdir. Hətta bəzi psixoloqların fikrincə, sağlam yaşamaq üçün gündə ən azı dörd dəfə qucaqlaşmalıyıq.

Bir qucaqlaşma yüz sözə bədəldir

Bəzi hallarda sözlər kifayət etmir. Belə hallarda qucaqlamaq ən yaxşı cavab ola bilər. Araşdırmalara görə bir dəfə qucaqlama yüz sözə bədəldir. Güvən hissini daha çox hiss etdirdiyi üçün bu hərəkət birbaşa qarşı tərəfə çatdırılır və sağlam bir münasibət təməli formalaşır.

Qucaqlaşmaq təzyiqi tarazlaşdırır

Qucaqlaşmaq ürək-damar xəstəliklərini azaltdığı üçün ürəyin düzgün işləməsinə kömək edir. Qucaqlaşma ilə bağlı aparılan araşdırmada bir-birinə toxunan cütlüklərin təzyiq səviyyələrinin azaldığı müəyyən edilib.

Sevgi hormonunu ifraz olunur

Birini qucaqladığınız zaman bədəninizdə oksitosin hormonu ifraz olunur. Oksitosin sevgi hormonu kimi tanınır. Bu hormon bir çox fizioloji və psixoloji hallarda ifraz olunur.

Mənbə: HaberTürk

Tərcümə etdi: Günel Məmmədova



Paylaş
Şərh əlavə et