
Beynin düzgün işləməsi üçün qida rasionunuzda müəyyən qidalar olmalıdır. Digər tərəfdən, bəzi qidalardan da qaçınmaq lazımdır. Yaddaşınıza ciddi təsir edən qidaları təqdim edirik.
Bəzi qidalar beyinə, yaddaşa və əhval-ruhiyyəyə mənfi təsir göstərir və hətta demans riskini artırır. Hesablamalara görə, demansın ən çox yayılmış növü olan alzheimer xəstəliyi 2030-cu ilə qədər dünyada 65 milyondan çox insanı əhatə edəcək. Ancaq bəzi qidaları qida rasionunuzdan çıxarmaqla riski azaltmaq mümkündür.
Qidalanma, beyin funksiyası və yaddaş arasında sıx əlaqə var. Bəzi qidalar, xüsusən də omeqa 3 və polifenollar beynin işləməsi və yaddaş qabiliyyətini dəstəkləmək üçün vacibdir. Doymuş yağlar və şəkərlərlə zəngin qidalar erkən yaşlardan yaddaş imkanlarını zəiflədir və alzheimer xəstəliyinin inkişafında əhəmiyyətli risk daşıyır.
Son illərdə bir çox tədqiqat yaddaş və qidalanma arasında əlaqə olduğunu göstərdi. Yaxşı xəbər budur ki, yaddaşınızı və beyin sağlamlığınızı yaxşılaşdırmaq üçün heç vaxt gec deyil.
Ürəyi qorumaq beyni qorumaq deməkdir
Beynin düzgün işləməsi üçün damarlar tərəfindən gətirilən oksigen və qlükoza (şəkər) lazımdır. Həddindən artıq xolesterin və ya hipertoniya səbəbiylə damarlar tıxandıqda və ya həddindən artıq büzüldükdə beyinə kifayət qədər oksigen çatmaz və beyin sağlamlığı mənfi təsirlənir.
Diabet həmçinin hipoqlikemiya (qeyri-kafi qan şəkəri səviyyəsi) zamanı beyni lazımi yanacaqdan məhrum edir və beyin sağlamlığına mənfi təsir göstərir. Beyin hüceyrələrinin neyronları, piylənmə ilə əlaqəli bədəndə iltihabın istehsalı ilə dəyişə bilər. Bu xəstəliklərin qarşısını almaq üçün müntəzəm fiziki fəaliyyətlə məşğul olmalı, adekvat və sağlam qidalanmalısan.
Meyvə, tərəvəz və omeqa 3 qəbul edin
Meyvə və tərəvəzlər ümumiyyətlə bədən sağlamlığı və beyin inkişafı üçün çox faydalıdır. Onların tərkibində piylənmə və ürək-damar xəstəliklərinin qarşısını alan liflər, A (beta-karotin), C və E vitaminləri, beyin üçün zəhərli birləşmələri neytrallaşdıran antioksidanlar və iltihab əleyhinə polifenollar var.
Sağlam bağırsaq florası üçün meyvə və tərəvəzlər də vacibdir. İllər ərzində bağırsaq florası nə qədər zəngin olarsa, yaddaş itkisi riski bir o qədər az olar. Bağırsaqda beyin hüceyrələri ilə əlaqəli 100 milyondan çox mikroorqanizm var və bitkilərlə zəngin bir qida bağırsaq florasını tarazlaşdırmağa kömək edən bir neçə araşdırma ilə sübut edilmişdir. Yaxşı polifenol mənbəyi olan çay, kakao və ədviyyatlar da gündəlik istifadə edilməlidir.
Beyin hüceyrələrinin düzgün işləməsi üçün balıq və dəniz məhsullarından alınan omeqa 3 (EPA və DHA) qəbul edilməlidir. Bu yağ turşuları neyronlar üçün zəhərli olan yaşa bağlı iltihabı idarə etməyə kömək edir. Onlar həmçinin yaddaş pozğunluqlarına səbəb olan müəyyən depressiya növlərinin qarşısını almağa kömək edir.
Mənbə: ensonhaber.com
Tərcümə etdi: Sevil İsmayılova
