Bu gün:

Məşhur hakimdən süni intellekt açıqlaması: "Bir gün robotlar qərar verəcək"


İngiltərə Apelyasiya Məhkəməsinin hakimi Sir Cefri Vos bildirib ki, "Robotlar məhkəmə proseslərində insanları əvəz edə bilərlər".

Süni intellekt texnologiyası inkişaf etdikcə robotların insanları əvəz edəcəyi bir çox mütəxəssisin proqnozları arasındadır. İngiltərə Apellyasiya Məhkəməsi hakimi Sir Cefri Vos da təklif etdi ki, vəkillərin və hakimlərin işlərini bu robotlar görə bilər. 

Ehtimallar arasında "Chat-GPT" kimi süni intellektlərin məhkəməyə getməyi ucuz və asan etməsi də var. Səbəbi budur ki, işin əsl problemlərini müəyyən etmək üçün bir çox halları asanlıqla araşdıra bilər.

Vos deyir ki, texnologiya çoxlarının gözlədiyindən daha sürətli inkişaf edir, amma robotların məhkəmə zalına nə vaxt nəzarət edə biləcəklərini bilmir və bu dəyişiklik yavaş-yavaş gələcək.

– Sabahdan bütün qərarların aparatlar tərəfindən qəbul olunacağına qərar versək, xalq bədbəxt olacaq. "Uşaqların rifahı" ilə bağlı qərarlara gəldikdə, çətin ki, insanlar maşınların qəbul etdiyi qərarları qəbul etsinlər".

Mənbə: Sözcü

Tərcümə etdi: Samirə Kərimli

Paylaş
Şərh əlavə et