
Göl fobiyası deyilən bir fobiyanın olduğunu bilirdinizmi? Bəs öz bədənlərindən qorxan insanların olduğunu bilirdinizmi?
Həşərat, hörümçək, it, şar və təlxək fobiyalarını eşitdiyinizi bilirik, lakin bu fobiyaları bildiyinizi düşünmürük. Budur az tanınan fobiyalar...
Limnofobiya nədir?
Təsəvvür edin, sakit bir yerdə gölün kənarında oturub dincəlirsiniz. Dinclik gətirir deyilmi? Lakin bəzi insanların göllərə fobiyası var.
Şirofobiya nədir?
Bütün fobiyalarla mübarizə aparmaq çox çətindir və onlar həyatı çox çətinləşdirir. Ancaq şirofobiyası olan insanların həyatı düşündüyünüzdən daha çətindir. Çünki bu fobiyası olan insanlar öz bədənlərindən qorxurlar.
Ritifobiya nədir?
Bu, dünyada ən az tanınan fobiyalardan biridir və bu fobiya adətən qadınlarda olur. Bu fobiyaya malik olan insanların qorxduğu şey qırışlardır..
Barofobiya nədir?
Barofobiya həqiqətən nadir və maraqlı fobiyalardan biridir. Bu fobiyanın əsasını cazibə qüvvəsi təşkil edir. Maraqlı deyilmi? Biz qravitasiya mühitində yaşayırıq və cazibə qüvvəsindən qorxuruq...
Logizomekanofobiya nədir?
Dünya dəyişir və buna uyğun olaraq insanda da yeni fobiyalar yaranır. Bu fobiyası olan insanlar kompüterdən qorxurlar. Demək olar ki, hər şeyin texnologiya ilə işlədiyi bir dünyada kompüterlərdən qorxmaq çox çətin deyilmi? Fobiyası olan insanlar kompüter mühitində əsəbləşir və qorxularını idarə edə bilmirlər.
Teofobiya nədir?
Bu fobiyası olan insanların qorxusu Allahdır.
Peladofobiya nədir?
"Kişilərin ən çox qorxduğu şeylərdən biri nədir?" Soruşsaq nə deyərdiniz? Peladofobiya, kişilərin ən çox rast gəlinən qorxularından biri olan keçəllik fobiyasıdır.
Xaetofobiya nədir?
Peladofobiyadan fərqli olaraq, bu qorxuya sahib olanlar saç və tüklərdən qorxurlar.
Kleptofobiya nədir?
Bu fobiyanın kökünü təxmin edə bilərsiniz. Gəlin buna kleptomaniya deyək. Bu fobiyaya malik insanların ümumi qorxusu oğrulardır. Oğrunun qurbanı olmaqdan çox qorxurlar.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
