Bu gün:

Niyə süd məhsulları sizi yuxuya aparır?




Süd və süd məhsullarının insan orqanizminə faydaları danılmazdır. Ancaq bunun niyə insanlarda yuxu təsiri yaratdığı maraq doğurur. 


Mövzu ilə bağlı aparılan araşdırmalar nəticəsində məlum olub ki, süd və süd məhsullarının tərkibindəki aktiv maddənin yuxu gətirdiyi aşkar edilib. Süddə tapılan, CTH abbreviaturası kimi tanınan kazein triptik hidrolizat adlanan peptidlər, yeni amin turşularının bağlanması nəticəsində əmələ gələn polimerlər, yuxu həbləri kimi GABA reseptorlarını aktivləşdirir. Südün tərkibindəki amin turşuları və peptidlər insanı yuxuya aparır. 


Yuxusuzluqla həkimə müraciət etdiyiniz zaman sizə sinir siqnallarını boğan və GABA reseptorunu aktivləşdirən bir protein növü kimi tanınan bir dərman verilir. Süd yuxu dərmanları ilə eyni effekti göstərir.


Mənbə: Habertürk

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et