Bu gün:

Meningitin erkən diaqnozu həyatınızı xilas edir


Meningitin ən təhlükəli növü kimi tanınan meningokok infeksiyaları hər il təxminən 1,2 milyon insanda müşahidə olunur. Digər növlərə nisbətən daha şiddətli olan meningokokk meningit erkən diaqnoz qoyularsa tam müalicə oluna bilər.

Dünyada hər il təxminən 2,5 milyon insan meningitdən əziyyət çəkir. Onlardan təxminən 135 mini ölür. Meningit uzun illərdir məlum olan ciddi və təhlükəli xəstəlikdir.  Beyin və onurğa beynini əhatə edən qişanın iltihabı nəticəsində inkişaf edən meningitin bir çox növləri var. Meningitin viral növləri asanlıqla aradan qaldırıla bilər. Ancaq bakterial olanlar üçün eyni şeyi söyləmək mümkün deyil. Xüsusilə dünyada hər il 1,2 milyon insanda müşahidə olunan meningokokların törətdiyi meningitlər üçün...

Bu qədər ciddi sağlamlıq problemi olan meningit də bir çox xəstəliklər kimi erkən diaqnoz qoyulsa uğurla müalicə edilə bilər. Bəs meningitin əlamətləri nələrdir? Hansı növlərə diqqət yetirmək lazımdır? Xəstəlikdən qorunmaq üçün nə etmək lazımdır?

 Sağlamlıq Elmləri Universiteti Haydarpaşa Numune Xəstəxanası Yoluxucu Xəstəliklər Mütəxəssisi Dos. Dr. Asuman İnan TRT Haber.

"Xəstəliyin ən çox görülən əlamətləri qızdırma, baş ağrısı, qusma, boyun tutulması, yuxululuq, şüurun pozulması, qıcolmalardır. Meningokokk meningitində dəri səpgiləri də müşahidə olunur".

Mənbə: TRT HABER 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et