Bu gün:

Petrus Van Şendel kimdir?


O, Hollandiyalı-belçikalı rəssamdır. Antverpen Kral Gözəl Sənətlər Akademiyasında sənət təhsili aldıqdan sonra, eyni dövrdə birlikdə çalışdığı məşhur tarixi rəssam Matteus Ignatius van Bree-dən ilhamlandı və sonradan romantizm istiqamətini əsas ilham mənbəyi kimi qəbul etdi.


Onu digər sənətçilərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də əsərlərində “işıq” mövzusundan istifadə etməsidir.

Şam işığı bazarı (1869)

Şübhəsiz ki, rəssamın ən məşhur əsərlərindən biri”şamdan bazar” dır. Haaqada bazar gününü təsvir etdiyi bu işdə cəlbedici məqam şam işığının bütün işlərdə gözəl hiss edilməsidir.Bu hiss bütün işlərə gözəl bir perspektiv qatır. Şam və lampa şəkillərinin tez-tez istifadəsi sonradan onun  Müsyö Şandel ( Müsyö Kandil ).kimi adlandırılmasına səbəb oldu.

Sevgi məktubu (1870)

Müsyö Kandilin ən məşhur əsərlərindən biri”sevgi məktubu” dur. Bu, romantizmin təsiri altında təsvir olunduğu başqa bir əsərdir. Rəssam şamların istiliyini qaranlıq bir mövzuya o qədər gözəl bir perspektivlə ötürür ki, səhnənin həqiqətən gözümüzün qabağında açıldığını hiss edə bilərik.

Dəniz Nocturne

Rəssam portret əsərləri ilə yanaşı dəniz mənzərəsi olan Hollandiya şəhəri haqqında əsərləri ilə də tanınır. Süni işıq mənbəyi olmayan əsərlərində Burada Nocturne Marine-dən bir nümunə verə bilərik .

Gizlətdiyi ay işığının əvvəlki əsərlərində şam işığından necə istifadə etdiyinə bənzədiyini görə bilərik və romantizmin təsirini qəbul etdiyini söyləyə bilərik.

Mənbə: wannart

Tərcümə etdi: Aysu Əsədova


 


 



 

Paylaş
Şərh əlavə et