Alektrofobiya toyuq qorxusu və ya toyuq fobiyası kimi tanınan bir vəziyyətə verilən addır. Xoruz mənasını verən alektor və fobiya sözlərinin birləşməsindən əmələ gəlir. Bu fobiyaya sahib olan insanlar, adətən, fobiyalarının mənasızlığının fərqindədirlər, lakin qarşısını ala bilmirlər.
Alektrofobiyanın (toyuq fobiyasının) əlamətləri hansılardır?
Alektorofobiyanın simptomları insandan insana dəyişir. Gündəlik həyatın gedişatına təsir edərək mənfi nəticələrə səbəb ola bilər. Aşağıda sadalayacağımız bütün simptomlar belə fobiyası olan insanlarda toyuqları görəndə və ya düşünəndə baş verir:
•Şiddətli narahatlıq
•Artan ürək döyüntüsü
•Sinə bölgəsində sıxılma hissi
•Nəfəs almaqda çətinlik
•Başgicəllənmə
Bu əlamətlərlə yanaşı, uşaqlarda qıcolma və ağlama kimi simptomlar da ola bilər.
Alektrofobiyanın (toyuq fobiyasının) səbəbləri nələrdir?
Bu fobiyanın niyə meydana gəldiyi hələ tam aydınlaşdırılmayıb. Toyuqla bənzəyən heyvanlarla keçmiş pis təcrübələr, genetik faktorlar və ətraf mühit faktorları fobiyanın yaranmasında təsirlidir. Doğulduğunuz və böyüdüyünüz yer, yaşınız, ailə tarixçəniz və yaşadığınız qorxulu hadisələr toyuq fobiyası ehtimalını artıra bilər.
Alektrofobiya diaqnozu necə qoyulur?
Alektrofobiya diaqnozu qoyulmaq üçün DSM 5 Alektrofobiya meyarlarına cavab verməlisiniz. Bu kriteriyaları aşağıdakı kimi sadalaya bilərik:
1.Bir toyuq görəndə və ya düşünəndə dərhal qorxu və çaxnaşma
2.Bir toyuqla qarşılaşma ehtimalı olduqda artan narahatlıq
3.Toyuqları görməkdən və ya düşünməkdən çəkinmək
4.Toyuqun insana təqdim edə biləcəyi təhdidlərə cavab olaraq qeyri-mütənasib qorxu hissi
6.Bu toyuq qorxusunun ən azı 6 aydır davam etməsi
7.İnsanda travma sonrası stress pozğunluğu və obsesif kompulsif pozğunluğun olmaması
Toyuq fobiyasını necə müalicə etmək olar?
Bu qorxu gündəlik həyatınıza mənfi təsir göstərir.Bu tip xüsusi fobiyaları müalicə etmək üçün bir sıra müalicələr tətbiq olunur. Bu müalicələrdə əsas məqsəd pasiyentin gündəlik həyatının minimum dərəcədə təsirlənməsini təmin etməkdir.
Mənbə:turuncudergi
Tərcümə etdi:Fatimə Şükürova
