Bu gün:

İzdihamlı mühitdə əsəbləşməməyin 7 yolu


Sosial mühitlər hər kəsi əsəbiləşdirə bilər. Bəzi insanlar bu vəziyyəti digərlərindən daha yaxşı idarə edir.

Özünüzü daha rahat hiss etmək və hətta ətraf mühitdən həzz almaq üçün bəzi təkliflər var.

1. Yavaş, dərin nəfəs alın

Dərin nəfəs almağın gücünü heç vaxt küçümsəməyin. Bu hərəkət istirahət etmək üçün edə biləcəyiniz ən ideal variantdır. 

2. Tanış sima üçün ətrafa baxın

Gərgin olduğunuz bir mühitdə tanıdığınız biri ilə qarşılaşsanız, vəziyyət tamamilə dəyişə bilər. Dostlarınız yanınızda olanda hər şeyə daha dözümlə və zövqlə baxacaqsınız. 

3. Unutmayın ki, başqaları da sizin kimi hiss edə bilər

Sosial mühitə girərkən özünü narahat hiss edən yeganə insan siz deyilsiniz. Ətrafa baxdığınız zaman tənha və narahat insanlarla qarşılaşacaqsınız. Beləliklə, özünüzü tənha hiss etməyəcəksiniz. Hətta başqalarının sıxıntısı sayəsində narahat olmağın lazımsız olduğunu başa düşə bilərsiniz.

4. Unutmayın ki, hər kəs  insandır

Heç bir insan mükəmməl deyil. Hər kəsin müsbət və mənfi cəhətləri var. Heç kimin varlığı sizi narahat etməməli və ya qorxutmamalıdır. Üstəlik, tanış olduqdan sonra onlardan bəzilərini çox bəyənmək və yeni dostlar qazanmaq şansınız var.

5. Şəxsiyyətinizi qiymətləndirin

Başqalarına təklif edəcəyiniz çox şey olmalıdır. Hər bir fərd unikaldır və unikal xüsusiyyətlərə malikdir. Sizi sevən və qiymətləndirən insanları xatırlayın. Nə qədər gözəl insan olduğunuzu xatırladığınız zaman sosial mühitlərdə özünüzü daha rahat hiss edəcək, insanlarla ünsiyyətdə daha aktiv olacaqsınız.

6. Gülümsəyin

Çox sadə bir həll yolu kimi görünsə də, çox faydalıdır. Ətrafınızdakı insanlara gülümsəmək özünüzə inamınızı artıracaq və əsəblərinizi sakitləşdirəcək. Əslində gülümsəmək sizi pis hiss etməkdən qoruyur. Xoşbəxt olanda əsəbi olmaq çətindir. Gülmək başqa insanlarla ünsiyyət qurmağı asanlaşdırır, çünki bu, sizi daha əlçatan edir.

7. Rahatlaşdırıcı bir şey düşünün

Əsəbi olduğunuz zaman sizi rahatlaşdıracaq bir şey haqqında düşünmək də faydalıdır. Sizi dinc hiss etdirən anlardan və ya insanlardan istifadə edə bilərsiniz. Özünüzü əsəbiləşdirən siz olduğunuz üçün özünüzü sakitləşdirmək gücü də sizə məxsusdur.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş