Bu gün:

Həyatda qalma mexanizmi


 


Bəzi qidalar var ki, onları hamı sevmir və qoxusunu hiss etdikdə belə ondan çəkinir. Amerikalı qidalanma mütəxəssisləri bunun səbəbini sağ qalma mexanizminə bağlayırlar: “Bir şey yedikdən sonra özümüzü narahat hiss ediriksə, bunun bizim üçün zərərli olduğunu düşünürük və bir daha yemək istəmirik”.

İnsanların bəyəndiyi və bəyənmədiyi yeməklər var. Ancaq bəzi insanların yemək seçimləri özlərindən asılı deyil. Bu vəziyyətdən əziyyət çəkən insanlar bu qidaları gördükdə və ya qoxulayanda güclü reaksiya verə bilər və təsadüfən yeyəndə qusma kimi hiss edə bilərlər. Məsələn, bəzi insanlar bamyanı sevərkən, bəziləri bu yeməyin bişirildiyi mətbəxə girmək belə istəməyə bilər. Independent-in hesabatına görə, psixoloqlar və dietoloqlar bəzi insanların müəyyən qida və qida qruplarından niyə iyrəndiyini izah edirlər.

ABŞ-ın Prinston şəhərindəki Yemək Pozğunluğu Mərkəzinin psixoloqu Rebecca G.Bosweel, ikrahın müəyyən bir yeməyə qarşı güclü bir nifrət hissi yaratdığını ifadə edərək, “Daha əvvəl daddığınız, lakin bəyənmədiyiniz yeməklərə qarşı ya da əvvəllər yediyiniz yeməyə qarşı birdən inkişaf edə bilər." Bəs yeməkdən imtina necə yaranır? Açığı, bu vəziyyətdən asılı olaraq dəyişə bilər. Ohio Dövlət Universiteti Tibb Fakültəsində psixiatriya sahəsində təhsilini davam etdirən dosent Cennifer Karter deyir: "Yeməkdən iyrənməyin baş verməsinin səbəblərindən biri sağ qalma mexanizmidir. Əgər bir şey yeyib sonra narahat oluruqsa və ya qussaq, bunun bizim üçün pis olduğunu düşünürük. Ona görə də bir daha yemək istəmirik”.

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et