
Balaca olarkən nənəmizin yanına qaçaraq bizə nağıl danışmasını istərdik. Elə həyəcanla dinləyərdik ki, sanki bu dəqiqə qorxudan ya ürəyimiz düşəcək, ya sevincdən göyün 7-ci qatına uçacayıq və ya bapbalaca qəlbimiz qırılacaq kimi hiss edərdik. Təxəyyülümüzü böyüdən böyük ümidlərin cəsurluğun qorxmazlığın başladığı yer xalq nağıllarıdır.
Nağıllar epik növün janrıdır. Nağıllarda insanların gündəlik həyatı, xəyalları, inancları, ən önəmli olan xeyirlə şərin mübarizəsindən bəhs edir. Nağıllara qaravəllilər ilə giriş olunur. Qaravəlli ilə başlayan nağlın onun məzmunu ilə əlaqəsi olmur və dinləyicinin diqqətini çəkmək üçün söylənilir. Məsələn, hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik edər,köhnə hamam içində...
Nağıllar mövzusuna görə 4 yerə bölünür:
1.Sehirli nağıllar-burada tilsim ovsun kimi nüanslar vardır və baş qəhrəman sehirli varlıqların köməyi ilə şər qüvvələrə qalib gəlir.
2. Məişət nağılları-insanların gündəlik həyatından həyatından bəhs edir.
3. Novellistik-bu cür nağıllar ictimai və məişət problemlərinə əsaslanır. Novellistik nağıllarda baş qəhrəman müdrik, ağıllı və hazırcavab olur.O öz ölkəsini şər qüvvələrdən qorumaq üçün öz müdrikliyindən istifadə edir.
4. Tarixi nağıllar-bu tip nağıllar isə tarixi hökmdarlar, şəxsiyyətlər və sərkərdələrlə bağlıdır.
Hazırladı:Tərlanə Abdullayeva
